Müzakirə sualları 1.Menecmentdə nəzarət
2. Nəzarətin növləri
3. Dünya təcrübəsində bençmarkinq
4.Nəzarətin metod və formaları
5. Nəzarətin metodları
6. Nəzarətin formaları
Fəsil 7. Hotel biznesində gəlirlərin idarə olunması.
Gəlirlər departamentinin ( Revenyu Management) iş prinsipinin mərkəzində müsafirin (müştərinin) tələbatının maksimum dərəcədə nəzərə alınması durur. Gəlirlərin idarə olunması anlayışı, məhdud resursların, yəni hotel nömrələrinin və ya restoranda masaların bölüşdürülməsi üsulu, yəni müxtəlif seqmentdən olan insanların (turistlərin və yaxud iş adamlarının), hoteldə yerləşdirilməsi və s.kimi istifadə olunur. Bu yerləşdirilməni idarə edərkən hotel öz investisiyalarından birgə gəlirləri öz gücü hesabına optimallaşdırma imkanına malikdir.
Uzun müddət “gəlirlərin idarə edilməsi “ termini bir çox hotel sahibləri üçün anlaşılan deyildi. Bu anlayışı yalnız maliyyə sahəsinə aid edirdilər. İndi isə əksinə, gəlirlərin idarə edilməsi marketinq və satış departamenti funksiyasını tamamlayır , hətta marketinq və satış üzrə direktor gəlirlərin idarəsi üzrə müdirə hesabat verir .
Gəlirlərin idarə edilməsi funksiyası - tələbi əvvəlcədən görməyi müəyyən edir. Beləliklə, qiymətlərin yaranması və maddi aktivlərin idarə edilməsi “ tez xarab olan avadanlıgın” potensialının maksimallaşdırılması üçün istifadə oluna bilər. Əgər nömrə bu gün satılmayıbsa, bu artıq itkidir .
Gəlirlərin idarə olunmasının əsas mahiyyəti, məhsula olan tələbi özündə əks etdirən satışın dəqiq proqnozu və gəlirlərinin işlənib hazırlanmasına gətirib çıxarır. Bu zaman, qiymətlərin müəyyənləşməsi və nömrələrin həcmi, nəticənin optimallaşdırılmasına yönəldilə bilər . Ən vacib şərt “ düzgün məhsulun düzgün seçilmiş vaxtda, müəyyən olunmuş qiymətə , düzgün seçilmiş yerdə qonaga “ satılmasıdır . Məhsulun satışından əldə olunan gəlirin əsas üç komponenti -zaman , qiymət və həcm birlikdə istifadə olunduqda gəlirin maksimallaşdırılması mümkündür . Gəlirlərin idarə olunması, qiymətlərlə və müxtəlif taktikaların istifadəsi ilə bağlıdır. Tələbat daima dəyişikliklərə uğrayır, onun üçün də biznes hər zaman bazardakı dəyişikliklərə tam hazır olmalıdır.