Gəlirlər departamenti, Azərbaycanda hotel biznesinin mühüm sahələrindən biridir. Hotel nömrələrinin qiymətləri heç də Paris və Londondan geri qalmır. Belə bir vəziyyətdə bir çox hotellərin işləri çox gözəl gedirdi. Nəticələr çox yaxşı olduğu üçün xərclərə nəzarət ciddi aparılmırdı. Bu gün vəziyyət artıq tam fərqlidir, səyahət edən iş adamlarının və turistlərin sayı əvvəlki illərlə müqayisədə getdikçə azalmaqdadır. Hotellər nömrələrin yüksək qiymətlərini qorumağa çalışır, halbuki, onlar kiçik endirimə getsəydilər, o zaman satışların miqdarı bir xeyli artardı. Çünki nömrələrin qiyməti ilə planlaşdırılan satışlar arasında balans aparılacaq əməliyyatlar üçün önəmli şərtdir.
Ucuz giymətlər əsasında hotelin dolmasını təmin etmək olar, lakin bu bir o qədər gəlir gətirməyəcək. Sadəcə yüksək qiymət tədbiq etməklə hotellərin nömrələrinin satışını azaltmaq da doğru deyil. Bu vəziyyətdə orta məxrəc tapılmalıdır. Bu məsələlərdə gəlirlər departamentinin rəhbəri mühüm rol oynayır.
Hava nəqliyyatında istifadə olunan gəlirlərin idarə edilməsi haqqında elm yalnız son illərdə əhəmiyyətli şəkildə yayılmaga başlamış və hotel biznesində tanınmışdır. 2005-ci ildən başlayaraq hotel sənayesində nəzərə çarpan qiymələr və nömrə fondunun doldurulmasının yüksək göstəriciləri müəyyənləşmişdir . Əlbəttə , bu ilk növbədə əlverişli iqtisadi şəraitin olması səbəbindən baş tutur, ancaq məhz gəlirlərin idarə edilməsi məharəti bu imkandan maksimum istifadə etmək imkanı verir. Beynəlxalq hotellər, gəlirlərin idarə edilməsinin üsullarından istifadə edərək , yüksək nəticələrə nail olurlar və tezliklə bu üsullar hotellərin işinin səmərəli olması üçün nəzərə alınır .
Gəlirlərin idarə olunması, müəyyənləşən və məhdud imkana malik olan(nömrə və masalar), tələbatı idarə etməyə müəyyən imkanları olan (bronlaşdırma və gözlənilən endirimlər), daima yüksək və müvəqqəti aşağı xərcləri olan, həmçinin müştərilərin qiymətlə bağlı həssaslığını qarşılamaq iqdidarında olan istənilən biznes sahəsinə aid istifadə oluna bilən termindir. Bu konsepsiya əsasən iki strateji prinsipə əsalanır.