Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma


Bütün deyilənləri nəzərə alaraq personalın motivasiya quruluşunun əsas prinsiplərini qısaca ifadə etmək olar



Yüklə 445,59 Kb.
səhifə58/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   54   55   56   57   58   59   60   61   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

Bütün deyilənləri nəzərə alaraq personalın motivasiya quruluşunun əsas prinsiplərini qısaca ifadə etmək olar.

  1. Hər bir əməkdaşın əmək haqqının təyin olunmasına fərdi yanaşmaq lazımdır. Onun vəzifəsi, iş stajı, ixtisası, əməyin nəticəsi, əmək intizamına riayət etməsi nəzərə alınmalıdır.

  2. Bazarda hotelin nüfuzununu dəstəkləmək.

  3. Hotelin gəliri və əməyin ödənilməsi arasındakı münasibəti səmərəli istifadə etmək.

  4. İnflyasiyanı nəzərə almaqla personalın əməyinin ödənilməsini tənzimləmək, ölkədə və xüsusən hotel sahəsində əmək haqqının səviyyəsini müəyyən etmək.

  5. Personala verilən aylıq mükafatın məbləğini müəyyən etmək, çeviklik və cəldlik göstərmək.

  6. Əməyin ödənilməsi sisteminin təhlili və xarici amillərin təsiri ilə onun tənzimlənməsi, personalın idarə olunması sahəsində taktika və strategiyanı dəyişdirmək.

  7. Hotelin sosial siyasətini aparmaqla kollektivin birliyini təmin etmək.

Müzakirə sualları
1.Personalı işə həvəsləndirmək
2. Motivasiya metodları
3. Motivasiya haqqında nəzəriyyələr
4.Personalın motivasiya sisteminin növləri
5. Motivasiyanın idarə etmə prinsipləri
6. Restoran biznesində motivasiyanın xüsusiyyətləri
7.Personalın motivasiya sisteminin növləri


Fəsil 6. Menecmentdə nəzarət
Nəzarət informasiya almaq üçün əsas vasitələrdən biridir. Cəmiyyətdə, onun ayrı-ayrı hissələrində, ictimai həyatın müxtəlif sahələrində ( iqtisadi, siyasi, mənəvi) vətəndaşların hüquq və ictimai qaydalara uyğun davranışları haqqında məlumatlar mühüm əhəmiyyət kəsb edir. Nəzarət nöqsanları və pozuntuları vaxtında aşkar edib aradan qaldırmağa imkan yaradır, qəbul olunan qərarların səmərəli və düzgün olmasını təmin edir. Nəzarət qayda və intizamı saxlamağa, qanuna riayət olunmasına, insanın azadlıq və hüququnu qorumağa kömək edir. Nəzarət funksiyası, idarəçilik fəaliyyətinin bir növüdür. Bu funksiyanın köməyi ilə hotelin müəyyən olunmuş plana və standartlara uyğun fəaliyyəti müqayisə olunur və hotelin düzgün işi qurulur. Hotel menecerləri, nəzarətin müxtəlif göstəricilərindən istifadə etməyi bacarmalıdır. Bununla onlar gözləntilərini əldə olunan nəticələrlə müqayisə edə bilər. Nəzarət hesablama aparır və əks əlaqə qurur. Bu hansı nəticəyə nail olduğumuza imkan verir.
Nəzarət, bütün idarəçilik funksiyaları ilə xüsusən planlaşdırma funksiyası ilə sıx əlaqədardır. Nəzarət menecerin gözünü və qulağını açıq saxlayır. Bakıda “Moskva” hotelində işlədiyim zaman baş menecer mənə tövsiyyələr verərkən bir məsələni qeyd etdi. “Sən nəzarəti həyata keçirərkən öz şöbəndə pulun oğurlamaq üsullarını bilməlisən və o zaman oğurluğun qarşısını ala bilərsən”. Hotelin zərərlə işləməməsi üçün ciddi nəzarət sistemi olmalıdır.
Nəzarətin məqsədi, hotelin fəaliyyətində olan səhvləri və zəif məqamları aşkar etmək, onları vaxtında aradan qaldırmaq və təkrar olmasına yol verməməkdir. Hotelin avadanlıq və ləvazimatları, inzanların fəaliyyəti nəzarətdə olmalıdır. Nəzarəti həyata keçirməklə işin keyfiyyəti müəyyənləşir və hotelin məqsədə çatmasına imkan yaranır.
Nəzarət həcm etibarilə ətraflı və səbəbli olmalıdır. Menecerin gözü qabağında işləyən əməkdaşlara ətraflı nəzarət olunur. Lakin ətraflı nəzarət əməkdaşları qıcıqlandıran kiçik himayəyə çevrilə bilər. Bundan əlavə bu nəzarət üsulu menecerin və işçinin vaxtını alır, əməkdaşların özünə inamı zəifləyir və müstəqilliyini itirir. Özlərinə inamı itirən işçilər hər bir xırda məsələdən ötrü menecerə müraciət edir və məsuliyyət daşımaq istəmirlər. Bir azdan əməkdaşın gördüyü xırda işi menecer özü görməyə məcbur olur.
Hoteldə işçilərin fəaliyyətini hər gün nəzarət etməyə ehtiyac yoxdur. Nəzarət altında əsas faktları saxlamaq kifayətdir. Bu faktlardan nəticələr asılıdır.
Mencerin məharəti, nəzarətin səbəblərini bacarıqla işləyib hazırlamaqdan ibarətdir. İlk növbədə işçilərin öz ararlarında əlaqəsini və ikincisi hər bir işçiyə nəzarət etmək sistemini qurmaq lazımdır. Hər bir menecer nəzarət prosesini müxtəlif aparır. Bir qisim menecer hər şey və hamıya nəzarət edir, digərləri ümumiyyətlə heç bir şeyə və heç kimə nəzarət etmir.
İdarəçilik zəncirində nəzarət axırıncı həlqədir və buna görə bu funksiya vacibdir. Bu yeganə funksiyadır ki, menecerin məqsədinə nail olub və ya olmadığını və səbəblərini aydın şəkildə göstərir.
Nəzarət, planlaşdırma, təşkilati və liderliklə əlaqədardır.


  1. Yüklə 445,59 Kb.

    Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin