Porter-Louler mənəviyyat nəzəriyəsi
Bu nəzəriyyə, gözləmə və ədalət nəzəriyyələrinin elementlərini özündə birləşdirir. Burada bir-birini əvəz edən beş cəhət var.
Səy
Dərk etmə
Alınan nəticələr
Mükafatlandırma
Məmnunluq səviyyəsi
Porter-Louler nəzəriyyəsinə görə əldə olan nəticələr işçilərin qoyduğu səydən, bacarıq və xarakterik xüsusiyyətlərindən, həmçinin öz rolunu dərk etməkdən asılıdır. Bu nəzəriyyənin mühüm nəticələrindən biri odur ki, insanın gördüyü iş onda məmnunluq yaratsın.
Personalın motivasiya sistemi
İdarəçilikdə personalın motivasiya və stimullaşdırılması mühüm rol oynayır.
Stimul ( lat: stimulus-iti ucu olan ağac anlayışıdır. Bu ağac ilə mal-qara qovurdular). xarici amillərin təsiri ilə fəaliyyətə təkan verir və həvəs oyadır. Böyük mənada stimul bir insanın digərinə təsir göstərməklə onu istiqamətlənmiş fəaliyyətə təhrik edir və lazım olan təşəbbüsə təsiri var.
Stimulun məqsədi insanda yalnız işləməyə həvəs oyatmaq deyil, eyni zamanda bu işi keyfiyyətli etmək və əmək münasibətləri ilə şərtləşdirməkdir.
Stimul insanın əməyinə verilən qiymətdir. İnsanlarda konkret stimullara münasibət müxtılif olur. Məhz buna görə stimullar hər bir şəxsin tələbatına uyğun işlənib hazırlanmalıdır.
Stimulların maddi və mənəvi bölgüsü şərtidir, çünki onlar əlaqəlidir. Məsələn, əməkdaşa verilən mükafat əməyin maddi və mənəvi tərəflərini əks etdirir. Əməkdaşa verilən mükafat insanın nüfuzunu kollektivdə artırır və onun tanınmasında mühüm rol oynayır.
Hotel personalının stimullaşdırılması ilk növbədə qonaqlara keyfiyyətli xidmət göstərilməsinə, peşəkarlığın artırılmasına və əməkdaş tərəfindən yeni təkliflərin verilməsinə yönəlib.
Hoteldə personalın motivasiyasını formalaşdırmaq üçün işçiləri mütəmadi hotelin tarixi, iş üslubu, məqsədi, metodları, strukturu və funksiyası haqqında məlumatlamdırmaq lazımdır. Əməyin stimullaşdırılması iki formada göstərilir. Maddi və qeyri-maddi stimullaşdırma.
Maddi və qeyri-maddi stimullaşdırma sistemi aşağıdakı məqsədlərə nail olmağa çalışır.
Gəlirin artması
Qısa müddət ərzində maliyyə və istehsalat planlarını yerinə yetirmək
Hoteldə məhsulun və xidmətin keyfiyyətini artırmaq
Əməkdaşın maddi marağını artırmaq
Əməkdaşları az əmək haqqı müqabilində səmərəli işləməsinə təhrik etmək
Hoteldə struktur dəyişikliklərinin uğurlu keçirilməsini, əməkdaşlar tərəfindən dəstəklənməsində maraqlı olmaq.
Müxtəlif dərəcəli personalın əməyini stimullaşdırmaq
Yüksək ixtisaslı mütəxəssisləri cəlb etmək və saxlamaq
Əməkdaşlar arasında intizamı möhkəmləndirmək
İşçilərin təşəbbüskarlıq, sədaqət və loyallığını inkişaf etdirmək
Əməyin maddi stimullaşdırılması kollektiv və fərdi nəticələrin müəyyən nailiyyətlərinin və işçilərin maddi maraqlarının artırılmasının forma və metodlarının məcmusudur.
Maddi pul stimulu müxtəlif pul mükafatlarının növünü istifadə etməklə insanların davranışını tənzimləyir. Bunlar əmək haqqı, bonus, əlavə ödəniş və s. formalarda həyata keçirilir.
Əməyin stimullaşdırılmasında, əmək haqqı insanın rifah və firavan yaşaması üçün əsas amildir.
Əməyin qeyri-maddi stimullaşdırılmasına aid aşağıdakıları göstərmək olar.
Mənəvi stimullaşdırma ( ictimaiyyət tərərfindən qəbul olunan ) əməyi stimullaşdırır. Təzahür və maddi amillər əsasında işçinin davranışını tənzimləyir. Mənəvi stimullaşdırmanın metodları müxtəlifdir. Bunlar mükafatın təqdim olunması, fəxri fərman, sertifikat, fəxri lövhədə şəklin vurulması, kollektiv qarşısında mükafatlandırma və s. ibarətdir.
Təşkilati stimullaşdırma əməkdə yaradıcılıq elementlərinin olmasını, idarəçilikdə iştirak etməyi, vəzifədə irəliləyişi, yaradıcılıq ezamiyyəti və s. nəzərdə tutur.
Hotelin idarəçiliyində iştirak etmək
Yeni bilik, bacarıq və səriştəyə yiyələnmək
İş yerində müstəqil planlaşdırma, çevik iş cədvəli və qərar qəbul etmək
Nüfuz qazanmaq üçün stimullaşdırma. İşçini, komitet, attestasiya komissiyası, münaqişə qrupuna daxil etmək. Motivasiyanın əslində yuxarıda göstərilən bütün formalarını birləşdirən bir forması, yüksək əmək haqqı almaq üçün vəzifədə yüksəlmək lazımdır. Bunun üçün səy göstərilməlidir. Motivasiyanın bu forması özündə iqtisadi, təşkilati və mənəvi amilləri birləşdirir.
Yüksək əmək haqqı (iqtisadi motiv) , maraqlı və məzmunlu iş ( təşkilati motiv) və bir şəxsiyyət kimi nüfuza malik olmaq ( mənəvi motiv ) motivasiyanın bu formasında birləşir. Motivasiya və stimullaşdırma sistemini hər bir hotel özü müəyyən edir. Bu hotelin həcmi, maliyyə potensialı, menecment üslubu və s. asılıdır.
Dostları ilə paylaş: |