Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma


Motivasiya, daxili şəxslərarası və xarici amillərin köməyi ilə müəyyən fəaliyyət göstərməklə insanın məqsədə çatmaq prosesidir



Yüklə 445,59 Kb.
səhifə51/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   47   48   49   50   51   52   53   54   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

Motivasiya, daxili şəxslərarası və xarici amillərin köməyi ilə müəyyən fəaliyyət göstərməklə insanın məqsədə çatmaq prosesidir.
Müxtəlif motivasiya metodları mövcuddur

  • Normativ motivasiya, ideya-psixoloji təsir vasitəsilə müəyyən davranış qaydaları ilə, insanı məqsədə çatmağa sövq edir. Bunlar, inandırmaq (təlqin etmək), məlumatlandırmaq və əminlik vasitələrindən ibarətdir.

  • Məcburi motivasiya uyğun tələblər yerinə yetirilməyəndə, işçinin tələbatının pisləşməsi qorxusu yaranarsa, səlahiyyətdən istifadə etməyə əsaslanır.

  • Situmullaşdırmaq, şəxsiyyətə birbaşa təsir göstərmədən rifah və stimulun köməyi ilə xarici şəraitə uyğun, işçinin müəyyən davranışına səbəb olur.

İlk iki motivasiya vasitəsi (normativ və məcburi motivasiya) birbaşa stimullaşdırmaqdır. Çünki insana biləvasitə təsir göstərməyi nəzərdə tutur.


Üçüncü metod, dolayısı yolla stimullaşdırmaqdır ki, bunun əsasında duran xarici amillər, stimullar buna təsir edir. İnsan məqsədə çatmaq üçün təşkilatı fəallıq göstərir. Bunların təhlili əməyin motivasiyası nəzəriyyələrində ifadə olunub.


5.1 Motivasiya haqqında nəzəriyyələr

Birinci qrupa, məzmunlu motivasiya nəzəriyyələri daxildir.


Abraham Maslou tərəfindən işlənib hazırlanmış tələbatın iyerarxiya nəzəriyyəsi (aşağıdan yuxarıya tabe olmaq pilləsi) motivasiyanın üsullarına təsir göstərir. Bu nəzəriyyənin əsas mahiyyəti insanın tələbatını öyrənməkdir. Bu ən erkən motivasiya nəzəriyyəsidir. Bu nəzəriyyənin tərəfdarları, ilk növbədə Maslou, hesab edirlər ki, psixologiyanın predmeti insanın şüuru yox, davranışıdır. Davranışın əsasında insanın tələbatı durur və bunu 5 qrupa bölmək olar.

  1. Fizioloji tələbat insanın yaşaması üçün zəruridir (yemək, istirahət, yuxu və s.)

  2. Təhlükəsizlik və gələcəyə əminlik tələbatı. Fiziki və ətraf mühitin digər təhlükələrindən qorunmaq və gələcəkdə də fizioloji tələbatlarının təminatına əminlikdir.

  3. Sosial tələbat. Sosial əhatənin zəruriliyi, insanlarla ünsiyyət qurmaq, dayaq və köməyi hiss etmək.

  4. Ətrafdakıların hörmət və etibarını qazanmaq və şəxsi uğurlar qazanmaq tələbatı.

  5. Özünü ifadə etmək tələbatı, yəni öz potensial imkanlarından istifadə edib, inkişaf etmək.




Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin