Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma


Fəsil 5. Motivasiya. (Personalı işə həvəsləndirmək, stimmullaşdırmaq)



Yüklə 445,59 Kb.
səhifə50/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   46   47   48   49   50   51   52   53   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

Fəsil 5. Motivasiya. (Personalı işə həvəsləndirmək, stimmullaşdırmaq)
Hər hansı bir hotelin müvəffəqiyyəti personaldan çox asılıdır. Hotel birnesinin gəlirlə, mənfəətlə işləməsində personal böyük rol oynayır.
Azərbaycanda, şəbəkə sisteminə daxil olan hotellər istisna olmaqla demək olar ki, əksər hotellərdə personal ilə iş sistemi yoxdur. Personal ilə işin təşkili diqqət və zəhmət tələb olunan bir fəaliyyətdir. Bunun üçün hoteldə, hər bir əməkdaşı maraqlandırmaq, ona elə iş şəraiti yaratmaq lazımdır ki, işçi özünün nəyə qadir olduğunu göstərə bilsin. Belə ki, hotelin daha çox gəlirlə işləməsi və işçinin öz əməyinə görə mükafat alması üçün onu həvəsləndirmək (motivasiya) etmək vacibdir. Motivasiya olunan işçinin gözləri parıldayır, işə həvəslə yanaşır, can yandırır, işə bağlanır və işindən zövq alır. Motivasiya, daxili enerjidir və insanı evdə və işdə fəal olmağa sövq edir, işçinin gözləntilərini və tələbatını təmin edir. Belə olan halda, işləmək insan üçün bir bayramdır. Tarixən bütün motivasiya yanaşmaları işçinin iqtisadi tələbatını ödəmək və əməyin səmərəli olmasını təmin etməyə əsaslanırdı.
İnsanı iş yeri ilə təmin etmək və əmək haqqı verməklə iş bitmir, personalı mütəmadi, məqsədyönlü motivasiya etmək vacibdir. Məlumdur ki, qonaqlara təqdim olunan xidmətlərin keyfiyyəti bir çox hallarda insan amilindən asılıdır. Qonaqla ünsiyyət zamanı əməkdaşın intonasiyası, qonağın problemlərini həll etmək, güzəştə getmək, xidmət keyfiyyətini artırmaq, daim öz üzərində işləmək mühüm cəhətlərdir.
Motivasiyanın müxtəlif səviyyələri, hotellərin rəqabət qabiliyətinə təsir göstərir. Əvvəllər, personalın motivasiyasının əsas və yeganə üsulu pul idi. Yüksək əmək haqqı, bonuslar ixtisaslı işçini işdə saxlamaq üçün əsas vasitə idi. Əməkdaşa verilən pul mükafatları, işçinin daha səmərəli işləməyə həvəsləndirirdi. Hal hazırda vəziyyət dəyişib. İlk növbədə, hotelin rəqabətə davamlı olması üçün yalnız məhsulun keyfiyyəti deyil eyni zamanda göstərilən xidmətin (servis) səviyyəsi, kollektivin və hər bir işçinin hotelin dəyərlərinə etibarlılığı və sədaqəti ilə qiymətləndirilir. İkincisi, menecerlər başa düşüblər ki, peşəkar əməkdaşı itirmək sərfəli deyil. İxtisaslı və təcrübəli əməkdaşın yerinə gələn işçinin hazırlanmasına, təlim və təhsilinə çox vaxt və əmək sərf olunmalıdır. Bütün bunlar personalın motivasiyası üçün yeni texnologiyalara müraciət etməyə vadar edir. Bəziləri, yalnız sovet vaxtından qalan ənənəvi şərəf lövhəsi, idman yarışları və.s motivasiyası üsullarını tətbiq edir. Digərləri Avropa və Amerika hotellərində və şəbəkə sisteminə daxil olan hotellərdə tətbiq olunan motivasiya üsullarından istifadə edirlər.
Bu gün hotelin daha səmərəli fəaliyyəti üçün məsuliyyətli, təşəbbüskar, işdə özünü göstərmiş və yüksək səviyyədə təşkilatlanmağı bacaran işçilər lazımdır. Personalın bu keyfiyyətlərə malik olması üçün artıq ənənəvi üsullardan yəni, maddi stimullaşdırma, yüksək əmək haqqı, tənbeh, ciddi nəzarət və s. istifadə etməklə mümkün deyil.
Yalnız öz fəaliyyətinin mənasını dərk edən və hotelin məqsədləri üçün çalışan işçilər yüksək nəticələr əldə edə bilərlər.
Menecmentin motivasiya siyasəti bu tip işçiləri formalaşdırır.
Motivasiya nədə ifadə olunur və hotelin fəaliyyətinə necə təsir göstərir?

Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin