Devid Mak-Klellandın nəzəriyyəsi İqtisadi münasibətlərin inkişafı və idarəçiliyin təkmilləşməsi, motivasiya nəzəriyyəsində, tələbatın yüksək səviyyəsinə mühüm yer verilir. Devid Mak-Klellan mahiyyətcə Maslou nəzəriyyəsini tamamlayır. Onun iddiasına görə strukturun yüksək səviyyəsində tələbat 3 amilə söykənir.
Müvəffəqiyyətə nail olmaq, əməkdaşa həmkarları tərəfindən verilən qiymət kimi deyil, şəxsi uğuru kimi qəbul olunur, yəni fəal işi , mürəkkəb qərarların qəbulu və onların məsuliyyətini daşıyır.
Mənsəbə (vəzifə) çatmaq, təkcə şöhrətpərəstlik deyil həmçinin insanın müxtəlif vəzifələrdə bacarıqla işləməsidir. Özünü təsdiq etmə, nüfuz və hörmət qazanmağa təşəbbüs göstərmək, qeyri formal lider olmaq, öz şəxsi fikrini ətrafdakılara təqlid emtək və inandırmaq bacarığı. Mak-Klelland nəzəriyyəsinə görə mənsəbə çatmaq istəyən insan bu tələbatını təmin etmək üçün hoteldə müəyyən vəzifələr tutmaqla buna nail ola bilər.
Frederik Herçberqin nəzəriyyəsi Bu nəzəriyyə, maddi və qeyri maddi amillərin insan motivasiyasına təsirini aydınlaşdırmaq zərurətindən irəli gəlir.
Menecerlərin iş yerində fəaliyyətini tədqiq edən psixoloq Herçberq bu nəticəyə gəlib ki, fərdi motivasiyaya ayrıca və dəqiq istifadə olunan iki qrup amilə təsir göstərir.
Birinci amillər qrupu (gigiyenik amillər) şəxsin özünü ifadə etmək, daxili tələbatı və işin həyata keçirildiyi ətraf mühitlə əlaqədardır.
İkinci motivasiyanın amillər qrupu, işin öz mahiyyətinin xarakteri ilə əlaqədardır.
Gigiyenik amillər (əmək haqqının miqdarı, əmək şəraiti, şəxslərarası münasibət, müdir tərəfindən nəzarətin xarakteri) tam məmnunluq hissi yaratmır.
Yuxarıda göstərilənləri qeyd etməklə demək olar ki, gigiyenik amillər konkret insanların tələbatından asılı olaraq, motivasiya mənbəyi ola bilər. Belə ki, insanların tələbatları müxtəlif olduğu üçün onların motivasiyasında da müxtəlif amillər olmalıdır.
İkinci qrupa motivasiyanın prosessual nəzəriyyəsi aiddir. Prosessual nəzəriyyə motivasiyaya başqa planda baxır.
Bir nəzəriyyədə, insanın konkret davranış qaydalarını necə seçməsi və məqsədə çatmaq üçün səy göstərməsi təhlil olunur.