Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma


Səmərəli qiymət siyasətinin aparılması



Yüklə 445,59 Kb.
səhifə68/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   64   65   66   67   68   69   70   71   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

1.Səmərəli qiymət siyasətinin aparılması
2.Yüksək tələbat zamanı hotelin iş gücünü və alıcılığını artırmaq. Tələbatın azalması zamanı hotelin iş gücünü azaltmaq.
2-ci strategiya. Qiymətlərin müəyyən olunması zamanı, bazarın tələbləri əsas götürülməlidir. Bu strategiya əvvəlki strategiyanın davamı hesab olunur.
Hotel xidmətlərinə qiymətləri müəyyən edərkən, rəhbərlik bir qayda olaraq hotelə və onun xidmətlərinə sərf olunan xərcləri nəzərə alır. Lakin müştəriləri hotelin xərcləri çox da maraqlandırmır. Onlar hotelin xidmətlərini öz şəxsi meyarlarına əsasən müəyyənləşdirir. Hotelin təklif etdiyi qiymət müştərini razı salmırsa və bazarda alternativ variantlar varsa, o sadəcə diqqəti ayrı bazara yönəldir
Söhbət heç də ondan getmir ki, xərclərə diqqət ayrılmasın, əksinə xərclərin idarə olunması və optimallaşdırılması bazarda onun strateji əhəmiyyətini artırır. Sadəcə bəzi hotellər öz xərclərinin təhlilinə o qədər vaxt ayırır ki, müştərilərin onların məhsulunu necə dəyərləndirilməsinə əhəmiyyət vermir. Bu arada məhz müştərilər tərəfindən verilən qiymət tələbatı müəyyənləşdirir.
Bazarın tələblərinə uyğun qiymətin müəyyən olunması, heç də o demək deyil ki, hər zaman qiymətləri endirmək lazımdır, əksinə müəyyən zaman kəsiyində qiymətin əvvəlcədən planlaşdırıldığından daha artıq müəyyənləşdirmək olar. Məhz buna görə hotelin menecmenti müştərilərin alıcılıq qabliyyətini öncədən təhlil edib, gələcəkdə onun nə dərəcədə dəyişməsini nəzərə almalıdır. Qiymətlər bazarın tələbləri və müştərilərin gözləntiləri əsasında müəyyənləşməlidir. Bunun üçün də planlaşdırılmış gəlirləri əldə etmək üçün xərclər endirilməlidir.
3-cü strategiya. Satışları heç də bütün bazarda deyil, bazarın fərqli seqmentlərində həyata keçirmək lazımdır
Müasir biznesin başlıca vəzifəsi istehlakçını, rəqiblərə nisbətən daha çevik və keyfiyyətli məhsulla təmin etməkdir. Eyni zamanda təklif olunan məhsullar rəqiblərə nisbətən daha münasib qiymətə olsun. Lakin bu da məlumdur ki, bütün müştərilər vahid bir tələblər irəli sürmürlər. Bütün bazarı vahid şəkildə dəyərləndirmək yanlış və orta-statistik müştəriyə meyllənmək isə səhv olardı. Kütləvi bazar mövcud deyil, onun yerinə fərdi bazar seqmentləri mövcuddur. Müasir hotel xidmətləri bazarı olduqca çoxşaxəlidir.
Hər bir fərdin müxtəlif tələbləri və ehtiyacları ola bilər və hər biri məhsulu fərqli istifadə edə və ona fərqli qiymət verə bilər.
Məsələn, biznesmenlər ( iş adamları) və turistlər hotelə fərqli tələblər irəli sürə bilər. Bu fərq hoteli əvvəlcədən və ya son anda bronlaşdıran müştərilərdə də var.
Hotelin menecmenti bazar seqmentinə uyğun, müştərilərin hərəkət sxemini elə qurmalıdır ki, hansı maksimal gəlirlərin götürüləcəyi əvvəlcədən bəlli olsun.

Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin