Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma


-cı strategiya. Hotel məhsullarının istifadə dövrünün müəyyənləşdirilməsi



Yüklə 445,59 Kb.
səhifə70/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   66   67   68   69   70   71   72   73   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

6-cı strategiya. Hotel məhsullarının istifadə dövrünün müəyyənləşdirilməsi
Hotel rəhbərliyi və sahibkarlar biznesdən daha çox və tez gəlir almaq istəyirlər. Lakin müasir təcrübə onu göstərir ki, hotelin müəyyən bir səviyyəyə çıxması yetərli deyil. Rəqabətə davam gətirmək üçün hər bir seqmentdə gəlirlərin maksimum olması gərəkdir.
Bu siyasəti həyata keçirmək üçün dəqiqləşdirilmiş qiymət və satış siyasəti mövcud olmalıdır. Bununla belə aşağıdaki şərtlərə əməl etmək gərəkdir:
1. Bazarın bir-biri ilə kəsişməyən və öz xüsusiyyəti olan bir neçə seqmentə bölünməsi( tələbat, müştərilərin hərəkəti, rəqiblərin fəallığının nəzərə alınması)
2. Bazarın hər bir seqmentində gəlirlərin yüksəliş xəttinin qurulması.
3. Bazarın hər bir seqmentində optimal zamanın müəyyənləşdirilməsi.
Gəlirlərin maksimallaşdırılması üçün məhsulun aktiv dövrünü müəyyən etmək, daha sonra isə onunla bazarın müxtəlif seqmentlərinə çıxışının vaxtını və qiymətini müəyyənləşdirmək lazımdır.
Məsələn, hotel rəhbərliyi nömrələrin satışını müəyyən , gözlənilən yüksək tələbat ilə fərqlənən bir tarixlə bağlayır.
Bunun üçün hotel rəhbərliyi ən ucuz nömrədən başlayaraq, müəyyən seqmentlər üçün yer kvotasını müəyyən etməlidir. Başqa sözlə menecmentin əsas vəzifəsi yer kvotasını bazarın müxtəlif seqmentlərinə paylaşdırmaqdır ki, bunun da nəticəsi, satışlardan alınacaq yüksək gəlirlər olmalıdır.
Bunun nəticəsində nömrə fondunun100% yüklənmə olduğu tədqirdə bazar qiymətləri açıq qalmalıdır ki, onların da səviyyəsi mövcud olan tələbatla müəyyənləşəcək.
7-ci strategiya. Daimi monitorinqlərin keçirilməsi və hotelin gəlirlərinin artırılması mexanizmlərinə nəzarət.
Gəlirlərin idarəetmə strategiyası müştərilər haqqında məlumat bazasının yaradılması və bunun da əsasında onların hərəkətlərinin yaxın gələcəkdə izlənilməsi durur. Belə bir üsul hotelin gəlirlərini təxmin etməyə imkan yaradır.
Menecerin əsas vəzifələri məsələnin düzgün qoyulmasından, onun həlli üçün vasitələrin seçilməsindən, bütün imkanların koordinasiya olunmasından və nəticənin araşdırılmasından keçir.
Qərarlar bazarın hər bir seqmentinə aid olunmalıdır, çünki onlardan hər biri əlavə gəlir mənbəyi ola bilər. Daha önəmli isə bütün məsələlərin daha tez həllini tapmasıdır, onun üçün də məsuliyyət, o şəxsin üzərindədir ki, o bazar haqqında ən son məlumatlara malik ola bilsin. Onun üçün də hotelin gəlir sistemini müəyyən edən menecer, onu istifadə üçün o qurumlara verməlidir ki, onlar birbaşa satışı həyata keçirsinlər. Bu qəbul və ön büro, bronlaşdırma və satış şöbəsidir.
Mövcud olan informasiyanın təhlili üçün lazım olan resurslar və gəlirlərin idarə olunması vasitələri o əməkdaşlara tapşırılır ki, onların birbaşa satış bazarına çıxışı olsun.



Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin