Məsələ burasındadır ki, eyni məhsula bazarın müxtəlif seqmentlərində fərqli qiymətlər verilə bilər. Lakin indiyə qədər bir çox hotellər orta statistik müştəriyə istinadən vahid qiymət müəyyənləşdirirlər. Bazarın seqmentləşdirilməsi isə gəlirlərin artırılması üçün olduqca səmərəli yoldur. Bunun üçün ilk növbədə potensial alıcılarla (məhsulu kifayət qədər yüksək qiymətə almağa hazırdır) məhsulun daha ucuz olmalı olduğunu düşünən müştərilər arasında fərqləndirmə aparmaq lazımdır.
Bazarın müxtəlif seqmentlərində fərqli qiymətlər müəyyənləşdirmək lazımdır. Gəlirləri maksimallaşdırmaq, həmçinin rəqabətə davamlı olması üçün qiymət siyasəti, alıcılıq qabliyyəti və bazarda mövcud olan tələbata uyğun həyata keçirilməlidir.
4 cü strategiya. Hotelin məhsullarının və xidmətlərinin daha imkanlı müştərilər üçün saxlanılması.
Hotel biznesinin prinsiplərindən biri ondan ibarətdir ki, ilk gələnə, ilkin xidmətlər göstərilir( first come, first served). Əvvəlcədən nömrəni bronlaşdıran müştəri, adətən bir sıra əlavə seçim imkanına malik olur və bir qayda olaraq ona daha münasib qiymət təklif olunur. Hotelin nömrələri adətən turist qrupları, korporativ müştərilər və konfrans təşkilatçıları sifariş edirlər. Onlar çox zaman hotelin xidmətlərinə görə xüsusi müqavilə şərtlərinə uyğun ödəniş edirlər. Sifariş ləğv olunduğu zaman isə hər bir nömrə əvvəlki ilə müqayisədə daha bahalıdır. Bu arada nömrə qıtlığı zamanı gəlirlərin artırılması üçün gözəl imkanlar yaranır. Bir şey məlumdur ki, böyük ödənişlər etməyə hazır olan istehlakçılar qrupu mövcuddur və yüksək tələbat zamanı isə yüksək bazar tarifləri ödəməyə hazırdılar. Yalnız müştərilərin fərdi xüsusiyyətləri nəzərə alınmalıdır. Tələbatın həcmini o dərəcədə müəyyən etmək lazımdır ki, məhsulu daha dəyərli müştərilər üçün qorumaq mümkün olsun. Bu amil hotelin gəlirlərini əhəmiyyətli dərəcədə artırmağa imkan yaradır.
5-ci strategiya. Qərarları qəbul edərkən, bazardakı vəziyyət barədə dəqiq məlumata malik olmaq lazımdır. Bir çox hotellər öz müştəriləri haqqında məlumatları, eyni zamanda hotellərin bronlaşdırması haqqında məlumatları toplayır.
Qərarların qəbul edilməsi üçün, toplanan məlumatlar kompyuter sistemi ilə həyata keçirilir və bu məlumat bazası işləməyə imkan verir. Bazarın gəlirləri, bronlaşdırma və müştərilər haqqında informasiyanın toplanılması ilə məşğul olan hotellər, gələcəkdə qərarların qəbulunda etibarlı mənbəyə əsaslanır.
İlk baxışda xaotik və arxaik görünən bir şeydə çox zaman qanunauyğun strukturlar görmək mümkündür. Məsələn müştərilərin hotelə gəliş-gediş zamanına baxsaq görərik ki, daha çox dolma ikinci, üçüncü və dördüncü günlərdir. Beşinci və altıncı günlər isə əksinə yüklənmə o qədər də çox olmur. Turist qrupları bronlaşdırmanı öncədən aparsa da, fərdi turistlər bronlaşdırmanı günə uyğun aparır.