Personal heyətinin daimi olması. Kadrların axını təşkilatı zəiflədir və bu menecmentin yarıtmaz fəaliyyətinin göstəricisidir.
Təşəbbüskarlıq. Təşəbbüskarlıq planın tərtibi və uğurlu həyata keçirilməsidir. Şərait yaradılmalıdır ki, işçilər təşəbbüskar olsun.
Personalın birliyi və korporativ ruh. Personalın birliyi və harmoniya şəraitində fəaliyyəti təşkilatı qüvvətləndirir.
Funksiya və prinsplər arasındakı fərq ondan ibarətdir ki, funksiya idarəçilik prosesinin vacib elementidir. Funksiyanın hər hansı bir elementinin prosesdən kənar qalması, idarəçilik texnologiyasının pozulması deməkdir. Əksinə, prinsiplər menecerin subyektiv təcrübəsindən, fəlsəfəsindən irəli gəlir və prinsiplər öz aralarında möhkəm əlaqəli deyil, konkret şəraitə uyğun dəyişə bilər. Əsas və ikinci dərəcəli prinsiplər var. Fayol rəhbərliyin vahidliyinin və komandanın birliyini əsas prinsiplərə daxil edir. Fayolun konsepsiyası menecmentin inkişafında böyük rol oynayıb. Onun işləyib hazırladığı inzibatçılıq nəzəriyyəsi, idarəçilik funksiyaı və bir sıra davranış prinsipləri bu gündə də praktik fəaliyyətdə istifadə olunur.
Əvvəllər ən önəmli yerdə insan dururdu. Gələcəkdə birinci yeri sistem tutacaq. Fredirik Teylor, 1911-ci il.
10.2 “Elmi menecmentin atası” Fredirik Teylor 1856-cı il martın 20-də Qermantaun şəhərində (Pensilvaniya, ABŞ) vəkil ailəsində anadan olmuşdur.Təhsilini Fransa və Almaniyada almış, daha sonra 1874-cü ildə Harvard hüquq kollecini qurtarmışdır. Sonradan görmə qabiliyyətinin zəif olması problemləri ilə əlaqədar, müvəqqəti təhsilini davam etdirə bilməmiş və 1874-cü ildə, iqtisadi böhran zamanı Midval zavoduna fəhlə kimi işə düzəlir.1882-1883-cü illərdə O, mexaniki emalatxanaların rəisi işləyir. Eyni zamanda 1883-cü ildə Stivensin Texnoloji institutunda təhsil alır.1884-cü ildə Teylor baş mühəndis olur. Elə həmin il O, ilk dəfə məhsuldar əməyin öyrənilməsini fərqləndirmək sistemini tətbiq edir və ilk patentini alır. Ümumiyyətlə Teylor ömrü boyu ixtira və səmərələsşdirici təkliflərinə görə 100-dan artıq patent alıb.
1890-1893-cu illərdə Teylor Filadelfiya (ABS) şəhərində yerləşən investisiya şirkətinin baş meneceri olur. O,burada menecment tarixində ilk dəfə olaraq idarəçilik məsləhətxanası açır. 1906-ci ildə Teylor Amerika muühəndis-mexanika cəmiyyətinin prezidenti seçilir. 1911-ci ildə O, elmi menecmentə kömək cəmiyyəti yaradır.