F.Teylor 1915-ci il martın 21-də Filadelfiya şəhərində vəfat edib. Onun məzarında yazı var: “Elmi menecmentin atası. Teylorun əməyin məhsuldarlığını artırmaq sistemini “Teylorizim” adlandırırlar.
Teylorun prinsipinə görə pul və şəxsi ambisiyalar (şöhrətpərəstlik) işin keyfiyyətinə daha çox təsir edir və motivasiya olunur.
Teylor hesab edir ki, müəssisələrdə səlahiyyət sahibkara deyil, idarə edən menecere məxsus olmalıdır.Teylor belə bir fikir yürüdür ki,texnika və iqtisadiyyat deyil, məhz insanların idarəçiliyi,işin səmərəsini və məhsuldarlığı artırır.
1901-1910-cu illərdə,Teylor “Elmi menecmentin”təbliğatını böyük səylə aparır.
F.Teylor öz baxışlarını “Müəssisənin idarəçiliyi “(1903) və “Elmi idarəçiliyin prinsipləri” (1911) kitablarında göstərmişdir. F.Teylorun qarşılıqlı maraqlar fəlsəfəsi dörd prinsipal məsələni qeyd edir.
Bunlar, elmin inkişafi, işçilərin elmi secimi, işçilərin elmi təlimi və inkişafi, işçilərlə menecment arasında sıx yoldaşlıq əlaqələri və məsuliyyətin bölüşdürülməsidir. O,qeyd edirdi ki, bütün pirinsipləri kompleks şəkildə istifadə etmək lazımdır. Elmi menecmentin əsasını bir element deyil, onların kombinasiyası təşkil edir.
F.Teylor işçinin peşə təlimi və peşə seçiminin zəruriliyini əsaslandırırdı. F.Teylorun sistemi XX əsrin 30-cu illərinə qədər geniş yayılmışdı. Lakin, onun bu “sərt” sistemi fəhlələr və həmkarlar ittifaqı təşkilatları tərəfindən müqavimətə rast qəlirdi.
F.Teylor özünün menecment sistemində həmkarların rolunu təkzib edirdi. F.Teylora görə həmkarlar ittifaqının üzvü olmaq insana öz bacarıq və ideyalarını həyata keçirmək imkanlarını məhdudlaşdırır.
Onun fikrincə, insanlar təşəbbüskarlığa görə mükafatlandırılmalı və yaxşı qazanmalıdır.
Əməyin ödənilməsi sisteminə uyğun,Teylor hər bir müəssisəyə məqsədlərə çatmaq yollarını göstərir:
Hər bir fəhləyə ona uyğun çətin iş tapşırılmalıdır
Birinci dərəcəli işçinin bacardığı maksimum iş, hər bir fəhləyə təklif olunmalıdır.
Birinci dərəcəli işçi səviyyəsində çalışan hər bir fəhlə, 30%-dən 100%-ə kimi əlavə məvacib almalıdır.
F.Teylor birinci dərəcəli fəhləni müəyyən edən meyarları göstərərkən deyirdi: “Mən əminəm ki, işi bacaran, lakin işləmək istəməyən işçi birinci dərəcəli fəhlə ola bilməz.” O, bu nəticəyə gəlir ki, insanlar arasında əsas fərq onların aglı, idrakı deyil, onların səyi və iradəsidir. Məhz səy və iradə əsasında insanlar müvəffəqiyyətə nail olurlar. Birinci dərəcəli fəhlə öz işinə uyğundur və ambisiyalıdır(şöhrətpərəstdir).
F.Teylor həmçinin idarəçiliyin tapşırıqlar sistemini yaratmışdır.(P.Druker gələcəkdə məqsədlərə doğru idarəçiliyi yaradır)
Tapşırıqlarla idarəçilik sistemində fəhlədən dəqiq nə tələb olunduğu bilinir, və fəhlənin işi necə, ucuz üsulla və daha keyfiyyətli etdiyinə nəzarət olunur.
F.Teylorun təsəvvürünə görə menecment elə iş sistemi yaratmalıdır ki, yüksək məhsuldarlığı təmin etsin və işçinin stimullasdırılması, məhsuldarlığı daha da artırsın.
Tapşırıqlar üzrə menecment iki hissədən ibarətdir:
Fəhlə, hər gün aldığı ətraflı təlimat üzrə, işin hər mərhələsi üzrə dəqiq vaxtı göstərməklə müəyyən tapsırıqlar alır.
Müəyyən olunmuş vaxt ərzində tapsırığı yerinə yetirən fəhlə daha çox əmək haqqı alır, verilən tapşırığa daha cox vaxt sərf edən fəhlə, nəzərdə tutulmuş adi əmək haqqı alır.
F.Teylor məsuliyyəti iki əsas sahəyə icra, vəzifəyə və planlasdırmaya bölür. Bir müddət elmi menecmentin metodları, sənayedə qəbul olunmadığına görə Teylor sənayedən gedir və öz sisteminin təbligini mühazirələr deməklə aparır. O, Harvard universitetində dərs deyir. Teylor sübut etməyə çalışırdı ki,Amerikanin fiziki və insan resusları düzgün istifadə olunsun.