İntizam. Təşkilat daxilində qoyulan qaydalara riayət etmək zərurətindən irəli gəlir. Bu təşkilat və işçi arasında sazişə əsasən yerinə yetirilir. İntizam, səy, tabe olmaq, özünü idarə etmək, fəaliyyət göstərmək deməkdir.
Təkbaşına rəhbərlik.İşçiyə əmr və sərəncamı yalnız bir rəhbər verməlidir. Öz fəaliyyətinə görə əməkdaş bir rəhbərə hesabat verir.
Rəhbərliyin birliyi, istiqaməti. Vahid proqram üzrə bir rəhbər fəaliyyəti həyata keçirməlidir.
Xüsusi və şəxsi maraqları ümumi maraqlara tabe etmək. Bir və ya bir qrup işçilərin maraqları təşkilatın maraqlarından üstün olmamalıdır. Bu idarəçilikdə çətin amillərdən biridir.
Personalın mükafatlandırılması. Mükafat ədalətli olmalı, hər iki tərəfi, personalı və təşkilatı məmnun etməlidir. Mükafat yüksək səviyyədə icra olunan işə görə verilir.
Mərkəzləşmə.Əməyin bölgüsü kimi mərkəzləşmə təbii təzahürdür. Lakin mərkəzləşmə müəyyən dərəcədə konkret şəraitdən asılı olaraq dəyişilir.
İyerarxiya. Bu yuxarıdan başlayaraq aşağıya qədər bir sıra rəhbər vəzifələrdir. İyerarxiyadan səbəb olmadan yayınmaq səhvdir. Daha böyük səhv isə lazım olmayan iyerarxiyanı saxlamaqdır.
Qayda. Hər bir əşya və ləvazimatın öz yerində olması maddi qaydanın formuludur. Hər bir şəxsin təyin olunmuş yerdə olması, sosial qaydanın formludur. Cədvəl, sxemlər, sosial və maddi qaydaların müəyyən olunması nəzarəti asanlaşdırır.
Ədalət. Rəhbərliyin tabedə olan əməkdaşlara qarşı hörməti, ədaləti, mehribançılıq və düzlüyü ifadə edir.