Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma


b)Qərarların qəbul olunma prosesi



Yüklə 445,59 Kb.
səhifə34/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   30   31   32   33   34   35   36   37   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

b)Qərarların qəbul olunma prosesi
Qərarların qəbul olunma prosesi yaranan problemlərin mürəkkəbliyindən asılıdır. Məsələn, hotelin əməkdaşı xəstələnərsə, onu əvəz edən işçini tapmaq problem deyil. Lakin, hotel bazarında, marketinq şəraitinin dəyişkənliyi, mürəkkəb problem yarada bilər.
Hər bir halda, qərarların qəbulu prosesində menecer aşağıdakı suallara cavab tapmalıdır . Nə etməli, Necə etmək, İşi kimə tapşırmaq, İşin icra müddəti nə qədərdir? Sual ondadır ki, qərarın qəbul olunma prosesi neçə müddətə və hansı mərhələlərdən keçməlidir. Bu qərarların hər birininin konkret məzmunu necədir, mübahisəlidir və ya menecer tərəfindən müxtəlif formada həll olunur. Bu menecerin üslub, şərait və peşəkarlığından asılıdır.
Hər bir qərarın qəbul olunması üçün xərc tələb olunur (maddi, sosial və s). Bunun üçün, menecer ilk növbədə , qərar qəbul etmək, tövsiyyə və ya məsləhət verməyi müəyyən etməlidir.
İdarəçilik qərarlarının qəbulunda klassik yanaşma var. Bu müəyyən proseduralara riayət olunmasını və işin mütləq yerinə yetirilməsini tələb edir.

  1. Problemləri müəyyən etmək

  2. Qərarları qəbul etmək

  3. Qərarları həyata keçirmək

  4. İcraya nəzarət etmək

Hər bir qərarın kökündə, öz həllini tələb edən problemlər olur. Problemin müəyyən olunması prosesi, onun aşkarlanması və qiymətləndirilməsindən ibarətdir.


Məsələn, hoteldə ön büronun qeydiyyat bölməsində problemli vəziyyəti nümunə kimi göstərmək olar.
İri hotellərdə, keçirilən tədbirlər (konfrans, simpozium və.s )zamanı, qonaqların qeydiyyatı prosesində böyük növbələr olur. Problem ondan ibarətdir ki, qonaqlar növbədə qeydiyyat zamanı, çox vaxt sərf edirlər.
Bu problemi aşkarlayandan sonra, qərarın qəbul olunma prosesinə keçmək olar. Qərar qəbul olunma mərhələsində, müxtəlif variantlar hazırlanır, qiymətləndirilir və alternativ yolla, daha münasib qərar seçilir. Bu zaman hər bir variantın üstün və çatışmayan cəhətləri nəzərə alınır.
Fərz edək ki, problem ondadır ki, biz yemək istəyirik. Bu problemin həlli üçün aşağıdakı meyarları nəzərə almaq lazımdır. Hansı yeməyə üstünlük veririk? Bizim nə qədər vaxtımız var? Yeməyə nə qədər pul xərcləyə bilərik? Əvvəlcədən yer tutmaq nə qədər münasibdir? Harada yemək olar? Yeməyin keyfiyyəti necədir? Beləliklə, restoranda və ya kafedə yemək istəyən şəxs, meyarları hazırlamalı və bunun əsasında qərar qəbul etməlidir. Alternativ variantlar hazırlanır və münasib variant seçilir. Məsələnin həlli, yalnız qərarın variantını seçmək prosesindən asılı deyil, son məqsəd qəbul olunmuş qərarın yerinə yetirilməsidir. İdarəçilik qərarının reallışdırmaq planını işləmək vacibdir. Bu planda, kimin, nə vaxt, harada və hansı vasitələrlə bu problemin həll etməsi göstərilir. Planın reallaşması üçün, qəbul olunan qərarların yerinə yetirilməsinə məsul olan şəxslər məlumatlandırılmalıdır.
Qəbul olunan qərarların reallaşması üçün menecerə, qrup və ya komanda kömək edir. Hətta qərar qəbul olunarkən, onun qəbul olunma prosesi tam bitmiş hesab olunmur, çünki qəbul olunmuş qərarın plan üzrə həyata keçirilməsi barədə məlumat almaq lazımdır.
Nəzarət prosesində qərarların tam reallaşması üçün, çatışmamazlıqlar aradan qaldırılır və düzəlişlər edilir. Nəzarətin köməyi ilə menecer və idarəçilik sistemi arasında qarşılıqlı əlaqə yaranır.

Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin