Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma


Qəbul olunan qərarların metod və üslubları



Yüklə 445,59 Kb.
səhifə35/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   31   32   33   34   35   36   37   38   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

Qəbul olunan qərarların metod və üslubları


Qəbul olunan qərarların metodu

Qəbul olunan idarəçilik qərarlarının bütün metodlarını üç yerə bölmək olar.



  1. Qeyri-formal

  2. Kollektiv

  3. Kəmiyyət

Qeyri formal metod, menecerin intuisiyasına əsaslanır və operativ qəbul olunur. Bu metodun, çatışmayan cəhəti odur ki, bəzən intuisiya meneceri aldada bilər.

  • Qrup işlərinin kəmiyyət formaları müxtəlif ola bilər. Bunlar müşavirə, iclas, komissiyada iş və.s ibarətdir. Çətin bir problemi həll etmək üçün, bir qrup insan toplanır və müəyyən problem üzrə hər hansı bir qərarın qəbulunu təklif edir.

Delfa metodu kollektivin qəbul etdiyi qərarlara misal ola bilər.
Delfa, yunan şəhərinin adı ilə əlaqədardır. Bu şəhər gələcəyi qabaqcadan xəbər verən müdriklərlə məşhur idi. Delfa metodu çoxmərhələli anketləşmə üsuludur. Hər turdan sonra anketin məlumatları təkmilləşdirilir və alınan nəticələr qiymətləri göstərməklə ekspertlərə verilir. Birinci tur arqumentsiz (dəlilsiz) keçirilir. İkinci turda başqalarından fərqlənən cavablar arqumentli (dəlilli) olmalı və ya ekspert qiymətləndirmədə dəyişiklik edir. Qiymətləndirmə sabit olandan sonra sorğu dayandırılır və ekspertlərin təklif etdiyi və ya düzəlişlər olunan qərar qəbul olunur.
Qərarların qəbulu üçün “Kinqise” adlanan yapon sistemi (dairəvi) mövcuddur.
Bu sistemin əsas mahiyyəti ən yeni lahiyələri nəzərdən keçirməkdir. Menecerin tərtib etdiyi siyahıda olan şəxslər layihəni müzakirə edir. Hər bir nəfər, təklif olunan layihəni nəzərdən keçirir və öz rəyini yazılı şəkildə təqdim edir. Bundan sonra müşavirə keçirilir. Müşavirəyə o mütəxəssislər dəvət olunur ki, onların fikirləri menecerə tam aydın deyil, ekspertlər fərdi qaydada üstün tutduqları qərarları seçirlər.
Kəmiyyət metodunun əsasını, elmi-praktiki yanaşma təşkil edir. Bu külli miqdarda məlumatları təhlil etmək, təkmilləşdirmək və optimal qərarları təqdim etməkdən ibarətdir.



Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin