Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma


Ünsiyyətlə əlaqədar, qabaqcadan yaranan yanlış fikir



Yüklə 445,59 Kb.
səhifə43/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   39   40   41   42   43   44   45   46   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

Ünsiyyətlə əlaqədar, qabaqcadan yaranan yanlış fikir: menecer, bilməlidir ki, insan haqqında onda yaranan yanlış fikir effektiv ünsiyyətə mane ola bilər və səhvi aradan qaldırmağa səy göstərməlidir.
İlk təəsürat: insanla ünsiyyətdə olanda, onun xarici görünüşü (yaşı, paltarı və s.) bizdə ilk təəsürat yaradır. Lakin ilk təəsürat yanlış ola bilər və bunun üçün insan barədə daha çox məlumat əldə etmək lazımdır.
Stereotiplər: müəyyən qrup haqqında ümumi fikir formalaşdıraraq, öz fikirlərimizi ayrı-ayrı insanlara təqlid edə bilərik. Qrup üzvü olan insanın davranışı normalara uyğun deyilsə, fərqə baxmadan hər bir fərdə, şəxsiyyət kimi baxmalıyıq. Kim bizim kimi fikirləşir, davranış və hərəkətləri və iş dərəcəsi və ya xarakteristikası oxşardırsa, o insana simpatiya ilə yanaşırıq. Bu ona gətirib çıxarar ki, bizdən fərqli düşünənlərə mənfi münasibət bəsləyərik. Bu qeyri-obyektiv qiymətləndirməyə səbəb ola bilər.
Əks effekt: biz insanı qiymətləndirəndə səhv edə bilərik. Hər dəfə şəxs haqqında mühakimə yeridəndə işə aid eyni standartları tətbiq edirik. Bu əməkdaşların attestasiya və təlimində xüsusilə vacibdir.
Güzəştə getmək və ya tələbkar olmaq effekti: insanların bir çoxu ətraf aləmi pozitiv görür, digərləri bədbin olur. Bizim baxışlarımızdan asılı olaraq bəzi insanlara müsbət, digərlərinə mənfi münasibət bəsləyirik. Biz işə obyektiv qiymət verməliyik. Biz insanın güclü və zəif cəhətlərini düzgün qiymətləndirərək, yanlışlığa yol verməməliyik. Bu təlim attestasiya və inzibati tənbeh zamanı çox vacibdir.
b) Şəxslərarası ünsiyyət səriştələri. Danışıq səriştələri.
Məruzə, giriş, əsas hissə və nəticədən ibarətdir. Sizin danışığınız, dinləyicini cəlb etməli, maraq doğurmalıdır. Çıxış etməmişdən əvvəl, nə deyəcəyinizi planlaşdırın. Çıxışın əvvəlində məqsədinizi dinləyicilərə çatdırın. Çıxışın əsas hissəsində vacib məqamları, məsələləri, məntiqi ardıcıllıqla təqdim edin. Məsələn, mövzunun əsas ideyası ondan ibarətdir ki, ... və dinləyicilərlə göz təması qurun, danışanda səsin tonunu vəziyyətə uyğun dəyişin və əsas məsələləri aydınlaşdırın və başa salın.
Dinləyicilərə suallarla müraciət edin, çünki, bu onların başa düşüb düşməməsini yoxlamaq üçün effektiv üsuldur.
Çıxışınızı müəyyən olunmuş vaxtda başa vurun. Çıxışınızın sonunda əsas fikrinizi dinləyicilərə bir daha çatdırın.

Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin