Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma


Təqdimat- planlaşdırmanı və təşkilatçılığı tələb edir



Yüklə 445,59 Kb.
səhifə45/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   41   42   43   44   45   46   47   48   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

Təqdimat- planlaşdırmanı və təşkilatçılığı tələb edir.Təqdimatı planlaşdıranda bir çox menecerlər, nə demək istədiklərini müəyyən edirlər. Bu adi bir səhvdir. Bunun əvəzinə, menecer təqdimatın nə üçün keçirildiyini və məqsədini müəyyənləşdirməlidir. Təqdimat, arqumentli (əsaslı) və informasiyalı olur.
Arqumentli təqdimat, auditoriyanı nəyəsə əmin etməyə yönəlib. İnformasiyalı təqdimat, mövzunu izah etmək üçün istifadə olunur.
Təqdimatın açılışı və başlanğıcı dinləyiciləri cəlb etməkdir. Təqdimatı müxtəlif üsullarla aparmaq olar. Hər bir üsul vaxta uyğun seçilir.
İnformasiyanın auditoriyaya necə təsir etdiyini diqqətdə saxlayın. Mövzu üzrə çıxışı hazırlayın, yumordan istifadə edin. Çıxışınızın əsas məqamlarını auditoriyaya çatdırın, sitatlardan istifadə edin və mövzuya diqqəti cəmləşdirin. Əyani vasitələrdən düzgün istifadə etməklə təqdimatın əhəmiyyətini artırın. Əyani vasitələr qısa və sadə olmalıdır. Qrafik, şəkil, blok-sxemlər və s. ekrandakı sözlərdən daha təsirlidir. Minimal şrift 18 olsa daha münasibdir.
Təqdimatı keçirmək üçün şərait yaradılmalı, proyektor, kompyuter, diaproektor, flipçart və digər ləvazimat və avadanlıqlarla təmin olunmalıdır. Təqdimat keçirilməzdən əvvəl zalı diqqətlə nəzərdən keçirin, mikrofonu bir daha yoxlayın.
Təqdimatı aparan insan özünü sərbəst hiss etməli, duruşu, yerişi düzgün olmalıdır. Həddən artıq bir yerdə dayanmamalı və ya zalda çox gəzməməlidir.
Bütün hərəkətlər çərçivə daxilində olmalı, jest və bədən hərəkətlərindən müvafiq qaydada istifadə edilməlidir.
Dinləmək səriştələri: dinləmək, müəyyən mənada passiv fəaliyyətdir. Biz avtomatik eşidirik, lakin eşitmək dinləmək deyil. Yaxşı dinləmək üçün bu prosesə cəlb olunmaq lazımdır. Biz dinləməyə qərar verməliyik. Dinləmək səriştəsini danışmaq və ya məktub yazmaq kimi inkişaf etdirməli, məşq etməyi öyrənməliyik.
Menecer, əməkdaşları, hətta hotel sahibini dinləməyi bacarmalıdır.
Hotel əməkdaşları, qonaqları təmkinlə dinləməyi bacarmalı və problemlərini həll etməyə çalışmalıdırlar. Bu halda qonaqlarda məmnunluq yaranır.
Dinləmək bacarığı, menecerin, yaxşı ünsiyyət xüsusiyyətlərinə malik olan bir insan kimi nüfuzunu artırır.
Dinləməyə mane olan bir sıra amillər mövcuddur. Bunlar, səfeh adət halını almış hərəkətlər, münasib olmayan ətraf mühit, həddən artıq səs-küy və ya müsahibin diqqətsizliyi, danışanın tələffüzü, xarici görkəmi, paltarı və s. qıcıqlandırıcı cəhətlərdən ibarətdir.
Dinləməyin bir neçə modeli var. Fokuslaşma, danışana bütün diqqəti toplamağa imkan verir. İnsan məlumatı dinləmək üçün özünü cəmləşdirir.
Siz dinləməyə qərar verin, dinləmək üçün münasib yer seçin və sizə heç kim mane olmasın.
Danışan insanda fikrinizi cəmləşdirin, onunla göz təması qurun, lazım gələrsə qısa qeydlər aparın. Danışan insan hiss etməlidir ki, siz ona qarşı diqqətlisiniz. İmkan daxilində ünsiyyəti qeyri-verbal, baş və bədən hərəkətləri ilə təsdiq edin.

Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin