Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma



Yüklə 445,59 Kb.
səhifə48/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   44   45   46   47   48   49   50   51   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

Bədən hərəkəti: insanın başı ilə təsdiqi, razılıq əlamətidir. Eyni zamanda “mən səni dinləyirəm” və ya “mən diqqətlə qulaq asıram” . İnsanın yerişi xasiyyəti haqqında məlumat verə bilər. Məs: Qəti xasiyyətli insan möhkəm addımlarla yeriyir. Lakin, səbirsiz, aqressiv (təcavüzkar) və məşğul olan insan tez-tez gəzişir. Hotelə ilk dəfə gələn qonaq, tərəddüdlə hotelə daxil olur və hotelin işçisinin köməyinə ehtiyacı var. İnsan iş zamanı, bədən hərəkətlərinin dili ilə mütəmadi istifadə edir. Məsələn, menecer intizamsız işçini yanına dəvət edir ki, onun davranışını müzakirə etsin. Müdir olduğunu qeyd etmək üçün masanın yuxarı başında əyləşir, əməkdaş isə masanın qabağındakı stulda oturur. Masa menecerlə əməkdaş arasında maneə rolunu oynayır, bu menecerin üstünlüyünü göstərir. Menecer əməkdaşı ilə müsahibə zamanı qeyri-rəsmi mühit yaratmaq istəyirsə, üzbəüz əyləşə bilər. Menecer əməkdaşı kabinetə çağıranda onda nigaranlıq və həyəcan yarana bilər. Yaxşı olardı ki, menecer əməkdaşının ofisinə və ya iş kabinetinə getsin. Bu zaman hər hansı bir məsələ gərginlik olmadan müzakirə oluna bilər. Menecer, iş prosesində bir çox ölkələrin nümayəndələri ilə ünsiyyətdə olur və o dövlətin adət və ənənələrini bilmək yaxşı olardı. Məsələn, sol əl ilə görüşmə, müsahibə zamanı ayaqları uzatmaq ədəbsizlik sayılır. Menecer ünsiyyət qurmaq üçün əməkdaşları haqqında daha çox məlumata malik olmalıdır.
Məktub, hər bir menecer üçün çətin ünsiyyət formasıdır. Menecer yüksək vəzifə daşıdığı zaman yazdığı məktubun məsuliyyəti artır. Məsələn, yeni təyin olunmuş menecer, məktubun yazılış üsullarını bilməlidir. Məktub qısa, səlis və aydın yazılmalıdır. Məktubda, menecerin fikirləri aydın ifadə olunmalıdır. Menecerin yazdığı məlumat, məktub, qeyd onun idarəçilik bacarığını biruzə verir. Menecerin iş masasında, lüğət, qrammatikaya aid sorğu kitabçası olsa pis olmaz. Menecer məktub yazarkən köməkçi vasitələrdən istifadə edəndə özünü sərbəst hiss etməlidir ki, fikirlərini aydın ifadə etsin. Hotel biznesi ilə məşğul olan menecerlər, gündə 50-dən çox elektron məktub, qeydlər, şərhlər ala bilər. Məlumatları alan menecer, bunları iş prosesində istifadə edir. Məktubu göndərməmişdən əvvəl, yaxşı olardı ki, menecer onun tərtibatını planlaşdırsın və hansı informasiyanı göndərməyi müəyyənləşdirsin. Məktubda sadə söz və cümlələr istifadə olunmalıdır. Yaxşı işgüzar yazışma aktiv dil üslubu tələb edir.
Hoteldə daxili yazışmalar onun fəaliyyətini əks etdirir. Elektron məktublar ünsiyyət funksiyasını yerinə yetirir. Elektron poçt və göndərilən məktub, artıq menecerin nəzarətindən çıxır. Bir çox hotellərdə menecer əməkdaşlarının elektron poçtunu nəzarətdə saxlaya bilir. Bunun üçün hər bir şəxsin öz elektron poçtu olmalıdır. Elektron poçt öz mahiyyəti etibarı ilə qısa olur.

Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin