Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma


Səsin ucalığı, intonasiya və ritm



Yüklə 445,59 Kb.
səhifə44/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   40   41   42   43   44   45   46   47   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

Səsin ucalığı, intonasiya və ritm: Siz ucadan danışırsınızsa, dinləyici elə zənn edəcək ki, ona təzyiq edirsiniz. Lakin, siz həddən aşağı səslə danışsanız, dinləyici eşitməyə bilər. Bundan başqa dinləyici elə başa düşəcək ki, siz utanırsınız, əsəbləşirsiniz və ya məxfi söhbət etmək istəyirsiniz. Çalışın orta səslə, təbii danışın. Normal səsinizi istifadə edin. Süni səslə danışmağa çalışmayın.
Sizin səsinizin tempi dəyişə bilər. Məsələn, siz tez-tez danışırsıınız, bu halda dinləyici sizi başa düşməyə bilər, və yaxud düşünə bilər ki, narahatsız, və ya çox məşğulsuz, vaxtınız azdır. Sizin danışıq tempiniz həddən artıq yavaşdırsa, elə başa düşəcəklər ki, qəti deyilsiniz və həyəcanlısınız və ya sizin məlumatınızı dinləyici normal qəbul etmək bacarığına malik olmadığına görə çox yavaş danışırsınız. Verbal intonasiya (şifahi qısa cavab), deyilən faktiki sözlərdən daha mühüm və təsirlidir. Əsas məsələ sizin nə dediyiniz yox, necə dediyiniz vacibdir. Menecer bu mühüm məsələni yaddan çıxartmamalıdır.
Şəraitdən asılı olaraq nitqinizi dəyişin. Məsələn, sizinlə məxfi söhbət aparan müsahibiniz aşağı və ya yavaş səslə danışırsa, sizdə o cür danışın. Müsahibiniz, qapalı və utancaqdırsa, siz onun üslubunu qəbul edin və isti münasibət yaradın, onu bu haldan çıxardın. Dinləyiciyə uyğun nitqinizi uyğunlaşdırın. Dinləyici sizin məlumatı asan qəbul edəcək. Dialoq zamanı, bəzən pauza ( fasilə) saxlayın ki, dinləyici sual verə bilsin. Dinləyici ilə göz təması yaradın və eyni zamanda dinləyicinin bədən hərəkətlərinə diqqət verin. Müsahibə zamanı jestlərdən istifadə edin. Bu gün iş prosesində, şifahi ünsiyyətdə səs poçtundan da istifadə olunur. Əvvəlcədən nə deyəcəyinizi müəyyənləşdirin və məlumatı məntiqi ardıcıllıqla qurun. Məlumatı qısa, aram və dəqiq verin. Səs poçtunda telefon nömrənizi və adınızı deyin. Sizinlə yenidən necə və nə vaxt əlaqə saxlamaq barədə məlumat saxlayın. Mütəmadi səs poçtunu yoxlayın və sorğulara cavab verin. Səs poçtunu dinləyəndə, məlumatları qeyd etmək üçün, qələm və kağız əliniz altında olmalıdır.

Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin