7.2. Hotelin gəlirlərinə təsir edən əsas amillər.
Hotelin bütün gəlirləri məsələsinə bir qonaqdan əldə edilən gəlir nöqteyi-nəzərindən baxmaq daha münasibdir. Hotelin göstərdiyi bütün xidmətlər məsələsinin faktiki maksimallaşdırılmasını bir müştəri səviyyəsində cəmləşdirmək olar. O, zaman daha çox müştərini hotelə cəlb etmək lazımdır.
Hoteldə qonaga göstərilən xidmətin ardıcıllığına diqqət versək, görərik ki, qonagın hoteldə qaldıgı müddətdə gəlirlərin formalaşdırılmasında iştirak edən gəlir mərkəzlərini asanlıqla seçmək mümkün olar. Hoteldə qalma (nömrə fondu, qidalanma) restoranlar və barlar, rekreasiya ( saglamlıq klubu spa, nəqliyyatdan istifadə, konsyerj, biznes-mərkəzi, əyləncələr, ekskursiyalar, teatr biletləri, gecə klubları, kazino, paltarların yuyulması, təmizlənməsi və ütülənməsi (camaşırxana, kimyəvi təmizləmə ) və s.- bunlar hamısı bir müştəridən əldə edilən gəlirin maksimallaşdırılması məsələsinin həllində nəzərə alınmalıdır. Belə ki, əksər hallarda qonagın hoteldə qalma müddəti bütün gəlirlərin yarısından çoxunu tutur , qalan bütün xidmətləri isə əlavə gəlir kateqoriyasında birləşdirmək olar. Qonaq hoteldə nə qədər çox qalarsa, bu xidmətlərin həyata keçirilmsindən əldə edilən gəlir yüksək olur – nəticədə hoteldə qalma müddəti də nəzərə alınmalıdır. Hətta müştəri hoteldə yaşamadıqda belə, (məsələn konfrans iştirakçıları, restoranlara gələnlər) gəlirlərin maksimallaşdırılması qorunur, hotelin gəlirləri məsələsi özlüyündə xidmətlərin yerinə yetirilməsi zamanı olan məsrəf məsələsindən ayrıca baxıla bilməz. Sözün həqiqi mənasında, effektiv hotel menecmenti qonaqdan gələn gəlirlərin maksimallaşdırılması ilə yanaşı xidmətlərin yerinə yetirilməsi zamanı əmələ gələn məsrəflərin optimallaşdırılmasının qaygısına qalmalıdır – yalnız bu şərtlər daxilində hotel ugurlu işləyə bilər. Faktiki olaraq, bir qonagın hotelə gətirdiyi gəlirin maksimallaşdırılmasından danışırıq. Beləliklə bir qonagın hotelə gəlməsindən əldə edilən gəlirə təsir edən amillər əlaqəlidir.
Bir qonaqdan əldə edilən gəlir (customer profit contribision ) - bir qonaga xidmət üçün nəzərdə tutulan məsrəfi nəzərə almaqla ona göstərilən xidmətdən əldə edilən gəliri xarakterizə edir.
Dostları ilə paylaş: |