Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma



Yüklə 445,59 Kb.
səhifə80/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   76   77   78   79   80   81   82   83   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

2. Gəlirlərin artırılması. Fasilələrlə sərf edilmiş əlavə gəlirlərin artması ilə yanaşı, nömrələrin, restorandakı yerlərin, konfransların, banket və toyların artması maliyyə axınına müsbət təsir edir və xərcləri eyni səviyyədə saxlayır.
Son 10 ildə əhəmiyyətini artıran gəlirli menecment hotel biznesinə gəlirlərini artırmaq imkanı yaradır. Gəlirli menecment üçün proqram təminatına investisiya qoyulması və ya gəlirlər üzrə menecment vəzifəsinə bacarıqlı işçinin qəbul edilməsi özünü doğruldur. Yalnız sahibkar üçün işləyən təkçə gəlirlər üzrə menecer vəzifəsini yerinə yetirməsinə nəzarət etməklə deyil, həmçinin maliyyə axınına təsir edən bütün amillərə nəzarət edir, bütün əməliyyat imkanlarından maksimum istifadə olunması və maliyyə axınının nə dərəcədə yaxşılaşmasını yoxlamaq üçün müstəqil aktivlərin idarəsi üzrə rəhbər təyin edilməsi, heç də bundan az əhəmiyyət kəsb etmir.
Maliyyə axınının yaxşılaşdırılması effektiv marketinq səbəbindən baş verir. Gəlirlər sabit qaldıqca marketinq xərcləri artır və ya gəlirlər artıqda xərclər əvvəlki kimi qalır. İnternet marketinq strategiyası effektivdir, məsələn qlobal distributiv şəbəkədə ( trip advisor) kimi saytların, sosial şəbəkələrin ( facebook, linkedin) və onlayn əlavələrin( üzən pəncərə, reklam və kupon) istifadəsi.
3. Xərclərin maksimal effektivliyi. Xərclərin effektiv ixtisarının bir çox üsulları vardır. Məsələn, bu qrupa aid başqa hotellə birlikdə ehtiyatın alınması, hazırki və potensial tədarükçü ilə müqavilə şərtlərinə yenidən baxılması hüquqi və vergi sisteminin optimallaşdırılmasıdır.
Qida və içkilərin maya dəyərinə xüsusi diqqət ayrılmalıdır.
Alış üzrə menecer tədarükçülərlə daimi danışıqlar aparılmalıdır belə ki ərzaqın dəyərinin hətta bir faiz aşağı düşməsi maliyyə axınına təsir edir.
Hotel operatorlarının standartlarını yoxlayın və əmin olun ki, onlar sizin investisiyalarının dəyərini artırırlar. İdarəetmə müqaviləsi və ya françayzinqə hər rüb yenidən baxılmasına ehtiyac var. Ona görə ki sahibkar faktiki olaraq razılaşdırılan məbləği ala bilsin, müqavilədə yazılandan artıq ödəniş etməsin.
Qaimə xərclərini olduğu kimi qəbul etməyin. Məsələn, dünyanın ən yaxşı hotelinə istehsalat təcrübəsi üçün tələbələr cəlb edin. Düzgün rəhbərlik etsəniz az xərclə əlavə gəlir əldə etmək olar. Elektrik enerjisi xərclərini nəzarətdə saxlayın.
Heç zaman sizin nüfüzunuza zərər verə biləcək bəndlər üzrə investisiyalara qənaət etməyin. Əmin olun ki sağlamlıq, təhlükəsizlik və yanğına qarşı müdafiə tədbirləri müasir tələblərə cavab verir, işçilər isə gündəlik və ekstrmal hallarda özlərini aparmağın qaydalarını bilirlər.
Bu sizin qanaqlarınızın və personalın sağlamlığını qorumaq üçün mühüm olduğu qədər, hotel və brendin saxlanılması üçün vacibdir.
Aktivləri idarə edən şəxs xərclərə nəzarət etmək üçün sizə yardım edir, effektiv marketinq strategiyası quraraq yaxşı nəticələr əldə edən hotellərlə müqayisəli analiz apararaq personala ən çətin hallarda yardım üçün fərqli ekspertləri cəlb edə bilərsiniz.

Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin