Hotel müəssisələrində funksional standartlar mühüm rol oynayır. Bunlar aşağıdakılardır:
Hotel müəssisəsi şöbələrinin daxili və xarici fəaliyyətini istehlakçı, təchizatçı və podratçılarla tənzimləyən standartlar.
Marketinq fəaliyyətinin yerinə yetirilməsi standartları
Yuxarıda sadalanan standartlar hotel müəssisəsi üçün baza rolunu (əsas) oynayır.
Hotellər üçün müəyyən olunmuş əsas standartlardan başqa, sahibkar və hoteli idarə edən şirkətlərin münasibətlərini tənzimləyən standartlar mövcuddur. Franşiz (marka, brend) adı ilə işləyən hotellərə tətbiq olunan standartlar mövcuddur.
İstehlakçıya, yəni müştəriyə birbaşa təqdim olunan məhsul və xidmət, funksional keyfiyyət standartlarıdır.
Məsələn, ön büroda qonağın qəbulu, qeydiyyatı və nömrəyə yerləşdirilməsinin tam prosesi funksional keyfiyyət standartıdır.
Yüksək səviyyəli funksional keyfiyyət standartı, hotelin nömrəsinin texniki tələbata cavab verməsinə baxmayaraq, müştəridə müsbət təəsürat yaradır. Əksinə, funksional keyfiyyət standartı aşağı səviyyədədirsə ( qeydiyyatın yubadılması, personalın qaşqabaqlı olması, kobud davranış və s. ) texniki standart müvafiq tələblərə uyğun olsa da, müştəridə narahatlıq hissləri yaradır.
8.1 Standartların hazırlanması Yeni şəbəkə hotellərinin yaranması və müstəqil hotellərin birləşməsi hotel biznesində rəqabəti gücləndirir.
Şəbəkə sisteminə daxil olan hotelin dərəcəsindən asılı olaraq, özünə məxsus standartlarının olması haqqında fikir yanlışdır. Ümumiyyətlə şəbəkə sisteminə daxil olan hotellərin standartları, demək olar ki, eynidir.
Məsələn, “Hilton” şəbəkə hotelləri müxtəlif dərəcəlidir və bu hotellər standartlara görə deyil, dərəcələrə aid tələblərə görə fərqlənir.
Hotel inşa olunarkən, brend ( nişan, marka) almaq üçün, hər hansı bir hotelin standartları deyil, yalnız beynəlxalq tələblərə cavab verən standartları rəhbər tutmaq lazımdır.
Müasir dövrdə hotellərdə texniki standartlar sürətlə dəyişir. Naqilsiz internet və digər yeniliklər heç kimi təəcübləndirmir. Hotelin layihəsi beynəlxalq texniki standartalara cavab verirsə, hər hansı bir brendi seçmək imkanı artır. Çünki, dediyimiz kimi beynəlxalq standartlar eynidir, yalnız xırda çatışmamazlıqlar ola bilər ki, bunları da iş prosesində düzəltmək olar.
Hotelin funksional standartları, əsrlərlə tarixi olan təcrübə əsasında işlənib hazırlanır. Hər bir hazırlanmış standart “qonaq hər bir zaman haqlıdır” ifadəsini əks etdirməlidir. Hotel xidmətlərindən istifadə edən qonağın rəyi həlledicidir və keyfiyyət standartlarının yaranmasında və inkişafında mühümdür.
Funksional standartlar faktlar əsasında formalaşır. Müəyyən standartların yaranmasını başa düşmək üçün, şəbəkə sisteminə daxil olan hotellərin təşkilati strukutu ilə tanış olmaq lazımdır.
Məsələn, hotelin marketing şöbəsində qonaqların təklif və tələblərini əks etdirən anket sorğular tətbiq olunur. Qonaqların arzu və istəklərini nəzərə alaraq, hesabat və təhlil nəticəsində, mövcud olan standartları dəyişmək və ya yeni standartları tətbiq etmək planı tərtib olunur.
Rəqabətə davamlı olmaq üçün, hotellər hər zaman fəaliyyətdə olmalı, yenilikləri tətbiq etməli və kadrlarla mütəmadi iş aparmalıdırlar. Qonaqların tələbatını ödəyən, onlarda məmnunluq hissi yaradan, yüksək səviyyəli keyfiyyətli xidmət hotel biznesinin zəmanətidir.
Şəbəkə sisteminə daxil olan hotellər, dünyanın hər hansı bir ölkəsində fəaliyyət göstərməsinə baxmayaraq, standartları eyni olmalı, müştərilərin tələbatına cavab verməli və brendin (marka, nişan) nüfuzuna xələl gətirməməlidir. Bu standartlar müştəriyə göstərilən keyfiyyətli xidmətin zəmanətidir. Məhz buna görə, müştəri bu zəmanətə inanıb, hər hansı bir ölkəyə gedəndə, şəbəkə sisteminə daxil olan, seçdiyi hoteldə qalır. Əgər şəbəkə sisteminə daxil olan hotel, standartlara riayət etmirsə, məşhur brend dekorasiya xarakteri daşıyır və nüfuzuna xələl gətirir.
Hotelçilər istehlak bazarında hər hansı bir dəyişikliyi diqqətlə öyrənməli və bundan sonra yeni standartlar tətbiq olunmalıdır. Müştəri yeni yaranan texnologiyaları tez bir zamanda tələb edə bilər. Halbuki, müştərinin istəyini tez bir zamanda həyata keçirmək mümkün olmur və bu biznes baxımından özünü doğrultmur və böyük xərclər tələb olunur.
Buna baxmayaraq hotelçi qonağa bu gün müvafiq və cəlbedici nəsə təqdim etməlidir. Çünki gələcək sabah deyil, bu gün baş verir. Müasir texnologiyalara tələbat var. Hotellər bu inkişafdan kənarda qalmamaq üçün, yeni texnologiyaları tətbiq etməlidir.
Fəaliyyət göstərən hotellərə standartların tətbiqi, bir sıra mərhələdə və aşağıda göstərilən parametrlərlə həyata keçirilir.
Birinci mərhələ Menecmentlik sisteminin və bütün biznes prosesinin təşkili
Təşkilatlarla kredit(nisyə) və debitor(borc) vəziyyəti və işin qiymətləndirilməsi
Bu təhlillər nəticəsində, aparılan işin sənədi, yəni kataloq və vahid tədbirlər planı formalaşır. Hotelin əməliyyat fəaliyyəti əsasında vahid tədbirlər planı formalaşır. Hotelin əməliyyat fəaliyyəti əsasında vahid standartlar tətbiq olunur.
İkinci, mərhələdə, hotelin bütün şöbələrinin nümayindələrindən işçi qrupu yaradılır və işçi qrupu, standartların tətbiq olunması və nəzarət edilməsinə məsuliyyat daşıyır.
Üçüncü mərhələdə, vahid standartları işləyib hazırlamaq
Personal üçün kompleks şəkildə tədris və təlimi (treninqlər) həyata keçirmək.
Düzdür, artıq fəaliyyət göstərən hotellərdə, yeni standartların tətbiqi, müəyyən investisiya tələb edir, lakin nəzərə almaq lazımdır, yeni texnologiyalarla, yüksək səviyyədə xidmət, xeyli gəlir gətirər.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən, ekspertlərin iştirkaı ilə, Avropa Hotellər Assosiasiyasının təsnifat meyarları, yoxlama sistemi və digər mənbələr əsasında 2013-cü ilin üçün mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdiirlməsi və qiymətləndirmə meyarlarının tətbiq edilməsi təsdiq olunmuşdur.
Bu gün Azərbaycanın hotel bazarında beynəlxalq tələblərə cavab verən müasir hotellər fəaliyyət göstərir.Bir çox hotelləri maddi cəhətdən təminatı demək olar ki,eynidir. Lakin onları fərqləndirən qeyri-maddi cəhət, xüsusən qonaqlara göstərilən xidməin keyfiyyətidir.