Dizayn hotellərinin ilk müəllifi Yan Şreqer və Stiv Rubel hesab edilir. Onlar əvvəllər məşhur “Studiya – 54” klubunun sahibləri idi. Öz yeni ideyalarını həyata keçirmək üçün 1984 – cü ildə Nyu – York şəhərindəki “Morqans hotel” – i alırlar və fransız dizayneri Andre Putmanı dəvət edirlər. Müvəffəqiyyətdən ruhlanan Şreqer və Rubel daha iki hoteli istifadəyə verirlər. “Royalton” və “Paramaunt” hotellərinin dizayneri, dünya şöhrətli Flipp Stark idi. “Paramaunt” hoteli işgüzar və gənc turistlərin rəğbətini qazanır. Mətbuat hoteli, öz səhifələrində geniş işıqlandırır.
Şraqer və Rubel hotel biznesinə bu yeniliyi gətirən ilk insanlar deyldilər, lakin onlar bu yeniliklərin zəruriliyini başa düşür və labüd sayırdılar. Onlar, lazım olan məkan və vaxtı duyaraq, praktik fəaliyyətləri ilə öz ideyalarını həyata keçirə biliblər.
Insanlarda bəzən səhv təsəvvür yaranır ki, dizayn hotellərində qiymətlər çox yüksəkdir. Bu yanlış fikirdir. Dizayn hotelləri, dəbdəbəli və sadə (astek) romantik və avanqard, bahalı və ucuz ola bilər. Yəni, müxtəlif səviyyəli və imkanlı qonaqları qəbul edə bilər. Hər bir hotelin öz müştərisi, öz aləmi, tarixi və konsepsiyası var.
Müxtəlif ölkələrdə, bir – birindən fərqli dizayn məktəbləri, üslubları var.
Italiyada dizayn məktəbinin öz xüsusiyyəti var. “Radikal və yeni dizayn” məktəbinin nümayəndəsi Alessandro Mendini, həm də məşhur memar idi. Onun Verona şəhərinin ətrafında yaratdığı “Byblos Art Hotel Villa Amista” hoteli haqlı olaraq muzey adlandırılır. Bu hoteldə gec renessans, erkən barokko, yetkin modernizm və müasir incəsənətin üslubları öz yerini tapıb. “Villa Amista”sözün əsl mənasında hotel- muzeydir. Burada müasir dünyanın məşhur rəssamlarının sənət əsərləri yerləşdirilmişdir.
ItaliyanınRimini şəhərində “Duomo” hotelinin fasadı bürüncdəndir. Bürünc örtük binanın daxilinə doğru yönəlir və lobbi barda qurtarır. Beləliklə xarici və daxili məkanın birləşməsi təsəvvürü yaranır. Bu hotelin dizayneri məçhur Ron Arad, sahibi Pyerpaolo Bernardidir. Hotel, müasir estetik tələblərə cavab verə bilən bir məkana bənzəyir. Ilk öncə, hotelin tərtibatına başlayan Ron Arad, ev rahatlığı ideyasını təkzib edir. O, deyir ki, “Mən istəmirəm insanlar hoteldə özlərini tam evdəki kimi hiss etsinlər. Çünki onlar evdə deyillər”. Hotel müasir incəsənət qalereyasını xatırladır. Dizayner material kimi, bürünc və cilalanmış poladdan istifadə edib. Hotelin 34 standart və 9 lyuks nömrəsi var. Ron Aradın təkidi ilə hotel, Nyu – Yorkdakı müasir incəsənət muzeyinin, Londondakı Viktoriya və Albert muzeylərində istifadə olunan mebelləri ilə təchiz olunub.
ItaliyanınFlorensiya şəhərinin tarixi mərkəzində yerləşən “Uno Vitoria” hotelinin dəhlizləri, şəkil qalereyasını xatırladır. Qızılı rəngdə olan şəkillərin iri çərçivələri nömrələrin qapıları rolunu oynayır. Bu hotelin dizayneri, italiyalı FabioNovembredir. Otelin yerləşdiyi qədim bina 1900 – cu ildə inşa olunub. Hotelin dəhlizlərini intibah dövründə Toskana əyalətində yaşamış məşhur sakinlərin portretləri bəzəyir. Hotelin nömrələri əsas 3 hissəyə, çimmək, bəzənmək və yatmaq yerlərinə bölünür. Bu üslub sadə dizayner fəlsəfəsini əks etdirir. “Superior room” tipli nömrələrin vanna otağında televizor ekranı var. Bu həm televizor, kompyuter və rəngarəng işıqlar sistemi kimi istifadə olunur.
Keçmiş jurnalist, səyahətçi, istedadlı Adrian Zeka imkan, bacarıq və biliyini sərf edərək TailanddaPuket adasında ilk “Amanpuri” hotelini tikir. Hotel yerli ənənələrə uyğun inşa olunur. Şəbəkə sistemi ilə birləşən daha 7 hotel tikilir. Bu hotellərdə qalan qonaqlar, onun estetik tərtibatından yüksək dərəcədə zövq alır və dincəlir. 7 hotelin hər biri ətraf mühitə, landşafta uyğun və həmahəngdir. Hər villanın üzgüçülük hovuzu var. Mətbəxin ləziz və dadlı yeməkləri, sağlamlıq proseduraları müştəriləri məmnun edir.
Adrian Zeka Malayziyanın Lanqkavi adasında yerləşən GHM – hotellərinin müəllifi və investorudur.
“Four Season Bali Resort” hotellərinin müəllifi Londonda yaşayan malayziyalı Con Headır. Hotel, yerli əhalinin sitayiş etdiyi müqəddəs Ayunq çayı və düyü çəltiyi yetişən ərazinin arasında tikilib və heç bir ağac və bitkiyə ziyan dəyməyib. Heanın memarlığı Avropa ritmi və Asiya ənənələrini birləşdirir. Bəzi qonaqlar hoteli UNO (NLO) – nun enmə meydançasına bənzədirlər. Super müasir memarlıq, tropik cəngəllik və becərilmiş sahələr parlaq kontrast təşkil edir və turistlər buna biganə baxa bilmirlər. Ümumiyyətlə hotel təbiətlə harmoniya təşkil edir.
Afrika qitəsinin Safari – Lods hotel tipləri, Asiyanın resort (kurort) hotelləri ilə bəzi cəhətlərinə görə oxşardır. Bu oxşarlıq yeməklərin ekzotik keyfiyyətində və həyatı cənnətdəki kimi hiss etməkdə göstərir. Qonaqlar əsasən “Conservation Corporation of Afrika” şirkətinin 1990 – cı ildə tikdiyi düşərgələrdə yerləşirlər. Bu düşərgənin turistləri təbiətlə, heyvanlar aləmi ilə yaxından tanış olur. Turistlər Afrikanın rəngarəng təbiəti qoynunda ova çıxırlar. Lakin turistlər odlu silahla deyil, foto və videokameralarla təchiz olunublar. Düşərgənin salındığı yer və turistlərin nömrələri düzgün seçilməlidir. Turistlərin yaşadığı yerlər daşdan, gildən hazırlanmış komalardan və sadə palatkalardan ibarətdir. Bu yaşayış yerində televizor, maqnitofon, kompyuter yoxdur. Buna baxmayaraq yaşayış yeri daxildən komfort, lyuks otağı xatırladır.
Almaniyada inşa olunan dizayn hotellər ilk andan öz forma sadəliyi və funksional təyinatına görə seçilir. Bu hotellərdən biri Berlin şəhərində, 1990 – cu ildə inşa olunan “Art Hotel Sorat” mehmanxanasıdır. Burada dizaynın müasir elementləri və eksperimentləri interyerin təbii bir hissəsidir. Hoteldə əsas məqam memarlığın, incəsənət cisimləri ilə əlaqəsidir. Hotelin müəllifi Yoqan və Hernot Nalbaxdır. “Art Hotel Sorat” açıldığı ilk gündən müasir heykəltıraşlıq və rəssamlıq əsərlərinin kiçik muzeyini xatırladır. Buna bənzər bir hotel Köln (Almaniya) şəhərində açılan “Hotel im Wassserturm” mehmanxanasıdır (müəllifi Andrey Putman).
Bir sıra avanqard hotellərin inşasında maksimum sadə prinsip əsas idi. Buna misal 1989 – cu ildə KioşiTakeyama tərəfindən Osaka (Yaponiya) şəhərində tikilən “D – Hotel”-dir. Hotel bəzək atributlarından azad olunub. Hotelin daxili və xarici bütöv sementdən istifadə olunub. Otaqlar əsasən boz rəngdədir. Bu tip otel London şəhərində yerləşən “The Hembel” mehmanxasnasıdır. Mehmanxananın holu asketik sadədir. Nömrələr rahib (monax) hücrəsini (kelye) xatırladır. Lakin hücrə (kelye) təmtəraqlı ləvazimatlarla təchiz olunub. FransanınParis şəhərində 1926 –cı ildə inşa olunan “Montalembert” hoteli bu üsluba uyğundur. Bu otel 1989 – cu ildə təmirdən sonra bərpa olunub və sözsüz dizayn hotellərin sələfidir.
Kristian Lyaqre, Anrea Putman, Jan Novel, Con Hea, Yoxan və Hernot Nalbax, Jasper Morrison, Terens Konran, United Designers və Filip Stark ilə yanaşı yeni hotel dizaynerləri meydana çıxır. Bunlar Corjuo Armani, Cil Sanners, Kelvin Klyayn, Donna Karan və başqalarıdır. Yeni dizayn hotellərinə misal olaraq, Londondakı “Metropoliten”, York (İngiltərə) şəhərindəki “Halkin” və “Qrit İastern”, Ionesburq (CAR) şəhərindəki “Ten Bompa” və Sidneydəki (Avstraliya) “Krikton” mehmanxanalarını göstərmək olar.
Son illərdə Salvatore Ferraqamo brendi hotel sənayesində uğurla fəaliyyət göstərir. Axırıncı bir neçə il ərzində 5 hotelin açılması buna misaldır. Bunlar “Hotel Lungarno”, “Continantale”, “Callery Hotel Art”, “Villa le Rose” (Florensiya) və “Portrait Suites” (Roma). Bu otellər öz həcmi, qiyməti və interyeri ilə bir – birindən fərqlənir.
Missoni hotelinin interyeri ziqzaqlı (dolanbac, əyri – üyrü xətt) olması ilə, Armani otelində lakonik (qısa) üslub, Versaçenin interyerində dəbdəbə, cahcəlal üstünlük təşkil edir.
Məsələn, baş geyimləri üzrə dizayner olan Filip Treysi, hotellərin interyeri ilə məşğul olan vaxt, bu üslub xüsusən İrlandiyanın Qalvey şəhərindəki “G Hotel”-nin nömrələrində çoxlu sayda baş geyimlərini xatırladan parlaq rənglərdən istifadə olunub.
Amerika dizayneri Betsi Conson Nyu – Yorkdakı (ABŞ) “Plaza” hotelində “Eloise” adlı lyuks nömrədə, parlaq və təravətli qızılgül rənglərindən istifadə etmişdir.
Dəbdə olan İtaliya dizaynerləri öz brendləri ilə məşhurdurlar. Dizayner Alberta Ferreti dəbdəbəli “Palasso Viviani” otelinin interyerlərini hazırlamışdır. Bu hotel XIII əsrin qədim qəsrində yerləşmişdir. Otelin qonaq otaqlarında soba (kamin) qurulmuş və freskalarla (divar naxışı) bəzədilmişdir.
Versaçinin moda evi Avstraliyada “Palazzo Versaçe” hotelini açmışdır. Burada qonaqları krallara layiq səviyyə, dəbdəbə və cahcəlalla qəbul edirlər.
Moşino brendi Milan (İtaliya) şəhərinin mərkəzində “Moison Moschino Milan” hotelini açıb. Bu otel öz qeyri – standart dizayn interyeri ilə fərqlənir.
Italiya dizayneri Corcio Armani Dubayda açdığı hotelin interyerini, özünə məxsus, lakonik stil, nəzərə çarpan dəbdəbə, qüsursuz komfort üslubunda işləyib. Yaxın gələcəkdə Armani, Milan, London, Nyu – York, Şanxay, Tokio, Misir və digər ölkə və şəhərlərdə özünə məxsus hotellər inşa etmək fikrindədir.
Məşhur dizayner Karl Laqerfeld Berlində yerləşən “Sehlosshotel” mehmanxanasının 53 nömrəsinin interyerini işləyib hazırlaşmışdır. Karl Laqerfeld üçün ağ – qara qamma rəngləri üstünlük təşkil edir.
Ümumiyyətlə, bir çox hotelçilər müştəriləri cəlb etmək üçün mehmanxaları sözün əsl mənasında incəsənət əsərinə çeviriblər.
Məşhur Forbes jurnalı dünyanın ən yaxşı dizayner hotellərini müəyyən etmişdir. Birinci yerdə İspaniyanın La – Riox şəhərindəki 43 nömrəsi olan “Marques de Riscal” hotelidir. Bu hotel İspaniyanın məşhur Huqenhaym və Bilbao muzeylərinin müəllifi, memar Frank Henrinin lahiyəsinə əsasən inşa olunub. Hotelin dam örtüyü, çəhrayı, gümüşü və qızılı lövhələrlə bəzədilib. Interyerin rəng tonu boz və qızılıdır. Siyahıda ikinci yerdə Konnektikut ştatının (ABŞ) Liçfild – Hills şəhərindəki “Winvian” hotelidir.
Hotel 15 müxtəlif memarların yaratdığı 18 tematik koteclərdən ibarətdir. Ən qeyri – adi “Vertolyot” adlanan kotecdir. Bu kotecə əsl Vertolyot yerləşdirilib və müxtəlif filmlərin çəkilişində istifadə olunur.
Üçüncü yerdə Kaliforniya ştatının (ABŞ) San – Diyeqo şəhərindəki 35 nömrədən ibarət olan “The Keatinq” hotelidir.
Jurnalın siyahısında dördüncü yeri Oklaxoma (ABŞ) Barstlsvill şəhərindəki “İnn at Price Tower” hoteli tutub. Hotel beton və misdən inşa olunub. Müəllifi XX əsr qərb memarlığının inkişafına təsir göstərən Frenk Lloyd Raytdır. Interyerin dizayneri Vaşinqton şəhərindəki Xolokost muzeyinin memarı Vendi Evans Cozefdir. Nömrələrin pəncərələri otağın divarı həcmindədir. Mebellərin bir sıra detalları misdəndir.
Beşinci yerdə Buenos – Ayres (Arqentina) şəhərindəki “Faena Hotel and Universe” otelidir. Bu hotel keçmiş taxıl saxlanılan ambarın ərazisində yerləşib. Hotelin girişində çərçivəyə salınmış pərdənin arxasında əntiq əşyaları (antikvariat) ilə bəzədilmiş “El Bistro” restoranı və qonağ otağı yerləşir. Hotelin 110 nömrəsinin interyerini məxmər çəkilmiş balışlar, pərdələr və XIX əsrə aid çilçıraqlar təşkil edir.
“Forbs” jurnalının siyahısına Kaliforniyanın (ABŞ) Napa – Velli şəhərindəki “Çaja Napa Valley Hotel”, Sinqapurun “New Majestic Hotel”, Florida ştatının (ABŞ) Mayami şəhərindəki “The Setai”, Barselona (İspaniya) şəhərindəki “Granados 83”h otelləri də daxildir.
Respublikamızda turizmin inkişafı ilə əlaqədar yeni turizm növləri meydana çıxır. Bunlar, kənd turizmi, sağlamlıq turizmi, qış turizmin müxtəlif növləri və s. Turizmin mühüm sahəsi olan otel biznesində yeni hotel tipləri yaranır. Son illərdə Azərbaycanda inşa olunan hotellərin sayı və keyfiyyəti artıb. Müxtəlif tipli kiçik, orta həcmli hotellərlə yanaşı, iri həcmli hotellər tikilib. Bakı şəhərinə gələn turistlərin sayı artdıqca, müxtəlif tip hotellərə tələbat artır. Bu cəhətdən, Respublikamızda, xüsusən Bakı şəhərində müxtəlif dərəcəli, səviyyəli turistlərin tələbatını ödəmək üçün dizayn hotellərə ehtiyac duyulur. Bu hotellər hətta şəbəkə sisteminə daxil olan 5 ulduz hotellərlə rəqabət aparmaq iqtidarına malikdir. Bu səbəbdən artıq sahibkar, dizayner və memarlar bu sahəyə diqqət verməli və bu tip hotellərin layihəsini hazırlayıb, inşasına başlamalıdırlar. Bu həm təklif və tələbatı ödəmiş olar, hotel biznesinin inkişafını sürətləndirər və ölkə iqtisadiyyatına yardım etmiş olardı.