Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma


a) Mini hotelin layihləşdirilməsi və təchizatı



Yüklə 445,59 Kb.
səhifə89/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   85   86   87   88   89   90   91   92   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

a) Mini hotelin layihləşdirilməsi və təchizatı
Hotel, mühəndis qurğu və sistemlərdən, infrastruktura malik, daşınmaz mürəkkəb obyektdir. Hotelin, qonaqların rahat və komfortla yaşaması üçün, müxtəlif incəlikləri nəzərə almaqla layihələşdirmək lazımdır. Mini hoteldə ön büronun yeri, restoran və ya kafe üçün sahələrin ərazisi nəzərə alınmalıdır. Nömrə fondunun sayı və qeyri-yaşayış sahələr müəyyən olunmalıdır. Hotel inşa olunarkən nəzərə alınmalıdır ki, gələcəkdə, əsas və cari təmir işləri apararkən, ustaların obyektə keçməsi rahat və asan olmalı, mühəndis qurğuların və sanitar qovşaqların təmiri zamanı çətinliklər yaranmamalıdır. Mini hotelin dizayna, estetik tərtibatına diqqət verilməli və qonaqların tələbatı nəzərə alınmalıdır.
İlk öncə hotelin girişi diqqəti cəlb etməlidir. Bir çox mini hotellərin üzləşdiyi problemlərdən biri, ayrıca girişin (xidməti) olmamasıdır. Mini hotellərin əksəriyyəti yaşayış binasında yerləşir və memarlıq baxımından əlavə giriş yeri açmaq üçün imkan yoxdur.
Hotelin reklamı, yaraşıqlı, parlaq, gözəçarpan və işıqlı olmalıdır ki, qonaq mehmanxananı tez tapsın.
Mini hotel yaşayış binasının hər hansı bir mərtəbəsində yerləşirsə, mütləq pilləkanların və divarların təmizliyinə və səliqəsinə fikir vermək lazımdır.
Hotelin lobbisi (vestibül) - əsas sahələrdən biridir. Onun düzgün planlaşdırılması və quruluşu çox mühümdür. Lobbidə qonaqları qarşılayır və yola salırlar. Hoteldə nömrə fondunun sayı nəzərə alınaraq lobbinin sahəsi müəyyənləşməlidir. Qonaqlar lobbidə gəzişərkən sıxıntı hiss etməməlidirlər və onların qəbul və qeydiyyatı rahat aparılmalıdır. Lobby müvafiq mebellə (divan, kreslo, jurnal masası, televizor və s.) təchiz olunmalıdır. Jurnal masasında reklam, çap məhsulları (buklet və prospekt) qoyulmalıdır.
Ön büro hotelin əsas bölmələrindən biridir. Mini hotellərdə ön büro daha mühüm yer tutur və hotelin bütün fəaliyyətinə nəzarət edir. Ön büro lobbidə (vestibüldə) göz qabağında olmalıdır ki, qonaq hotelə daxil olarkən bu bölmənin personalını görsün və müraciət edə bilsin. Ön büro personalı öz növbəsində giriş qapısını və lifti görməlidir. Ön büronun masası funksional olmalı, personal qonaqlar ilə rahat və asan ünsiyyət saxlaya bilməlidir.
Ön büronun masası təmiz və səliqəli olmalıdır. Ön büro kompyuter, printer, telefon-faks, kassa-nəzarət aparatı, kredit kartını qəbul edən post-terminal, açar hazırlayan (enkoder) qurğu, bellboyu çağırmaq üçün zəng, sənədləri saxlamaq üçün yer, təcili həyəcan düyməsi və s. təchiz olunmalıdır. Ön büroda avadanlıq və ləvazimatların əksəriyyəti qonaqların görmədiyi yerdə saxlanılmalıdır. Ön büro masasında buklet, prospekt, əlavə xidmətlərin siyahısı (və ya lövhədə) olmalıdır. Masanın üstünə qonaqlar üçün vazada konfetlər və ya meyvə qoymaq olar.
Səhər yeməyi verilən mini oteldə kafe mühüm şərtdir. Hotelin interyerinə uyğun masalar qoyulmalı və rahat yerləşməlidir. Səhər yeməyi, qonağın istəyi ilə nömrədə verilə bilər.
Mətbəxdə hava təmizləyici (ventilyasiya) sistemi yaxşı işləməlidir. Mətbəxin avadanlığı müasir tələblərə cavab verməlidir. Mətbəxdə qısa dalğalı soba, şirəçəkən, soyuducu, qəhvə hazırlayan, yumurta bişirən ləvazimatlar olmalıdır. Bundan başqa ərzaq və mətbəx ləvazimatlarını saxlamaq üçün mini anbar olmalıdır. Alınan ərzağın keyfiyyətinə, sertifikatına nəzarət olmalıdır. Siqareti xüsusi ayrılmış yerlərdə çəkmək olar.
Mini hotelin əsas gəlir mənbəyi nömrə fondudur. Hotel layihələşdirilən zaman, normativ tələblərə və müxtəlif dərəcəli nömrələrin təhcizatına riayət etmək lazımdır. Nömrə fondunun sahəsi müvafiq standarta uyğun olmalıdır. Nömrələr 2 yerli bir böyük çarpayı (double) və ya ayrı-ayrı 2 çarpayı (twin) və 1 çarpayılı (single) çarpayı qurmaq mümkün olsun. Mini hotel üçün alınan çarpayılar elə olmalıdır ki, istənilən vaxt, bir böyük (double) və ya ayrı-ayrı (twin) çarpayı qurmaq mümkün olsun. Təbii ki, yataq dəstləri bu tip çarpayılara uyğun seçilməlidir. Hər bir çarpayının yanında tumba (dolabça), və çarpayının üstündə bra (divar lampası) olmalıdır. Nömrələrdə standarta uyğun stul, yazı masası, televizor, soyuducu, zibil qabı, içməli su üçün dolça, güzgü, paltar şkafı, telefon olmalıdır. Mini hotelin dərəcəsindən asılı olaraq, mini seyf və mini bar ola bilər.
Mini hoteli inşa edən sahibkara tövsiyyə olunur ki, hər 6 standart nömrəyə 1 lyuks və ya komfort dərəcəli nömrə hazırlasın. Bu müxtəlif səviyyəli və ya ailəvi qonaqların tələbatına uyğun olar. Lyuks nömrəni qənaət etməklə, ayrıca xərc çəkməklə deyil, arakəsmə ilə düzəltmək olar. 2 standart nömrə arasındakı arakəsməni götürməklə lyuks və ya ailəvi komfort nömrə yaranır.
SANİTAR QOVŞAĞI nömrə fondunda mühüm sahələrdən biridir. Nömrə fondunun sahəsinə, dərəcəsinə, qəbul olunan qonaqların səviyyə və tələbatına uyğun sanitar qovşaqları qurulmalıdır. Sahibkar müəyyən etməlidir ki, duş kabinası və ya vannanın olması daha məqbuldur. Mini hotelin inşası zamanı, sanitar qovşaqların təhcizatına qənaət etmək məsləhət deyil və bu vacib şərtlərdən biridir. “Xəsis iki dəfə ödəyir” misalını xatırlatmaq yerinə düşər.
Sanitar qovşağı bir sıra ləvazimat və avadanlıqlarla, o cümlədən duş kabinası (vanna və ya jakuzi), rakovina, unitaz, 8 dəsmal üçün asılqan (2 böyük, 2 orta, 2 balaca və 2 ayaq üçün dəsmallar), ağ xalat, diş fırçası, diş pastası, maye sabun, saç üçün şapka, hamam başmaqları, şampun, sabun, güzgü, tualet kağızı üçün ləvazimat, zibil qutusu, fen, stəkan və s. təchiz olunmalıdır.
Qeyd etmək lazımdır ki, standart nömrələrin sahəsi vahid ölçülərə malik olmalı və eyni qiymətə satılmalıdır. Müxtəlif ölçülərə malik yaşayış sahələrinin olması, standart nömrə anlayışına uyğun və qiymət sahəsinə müvafiq deyil. Bu müştərilərdə çaşqınlıq və narazılıq yarada bilər.
Mini hoteldə təsərrüfat ehtiyatlarını ödəmək üçün yataq dəstlərini saxlamaq və istifadə etmək üçün xidməti və əlavə sahələr vacibdir. Bundan başqa personalın soyunma, geyinmə otağı, əşyaları qoymaq üçün yer olmalıdır. Mini hotelin inşası zamanı estetik tərtibata diqqət verilməlidir. Nömrələr tünd rəngdə, lakin yumşaq tonda olmalıdır. Tünd rəng nömrənin yığışdırılmasında münasibdir. Yumşaq ton rahatlıq yaradır. Döşəmənin örtüyü keyfiyyətli olmalı və qənaətə yol verilməməlidir. Döşəmə möhkəm olmalıdır, çünki onun üzərində çoxlu insan gəzir və çemodan və digər yüklər qoyulur. Nömrənin dəhlizində xüsusi çemodan qoymaq üçün yer olmalıdır.

Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin