Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma



Yüklə 445,59 Kb.
səhifə85/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   81   82   83   84   85   86   87   88   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

5.Diqqətli olmaq.
Əməkdaş başqa işlə məşğul olsa belə,qonağa diqqət göstərməlidir.
6.Xarici görünüşün standartı,əməkdaşın geyim forması,saç düzümü və gigiyenasını nəzərdə tutur.
6.1 . Geyim forması ütülənmiş ,təmiz və yaxşı vəziyyətdə olmalıdır.Bir şöbədə çalışan əməkdaşların eyni geyim forması olmalıdır.Əməkdaşların geyim formasının sol tərəfində şəxsi nişanları olmalıdır. Pencək və köynəklərin düyməsi bağlı olmalıdır.Corablar tünd rəngdə olmalı, ayaqqabılar təmiz olmalıdır.
6.2. Əməkdaşların saç düzümü və gigiyenası
~Kişilərin saçı təmiz və səliqəli olmalı,üzünə düşməməli, pencəyin və ya köynəyin yaxasına arxadan və yandan toxunmamalıdır.
~Qadınların saçı geyimin yaxasına arxadan və yandan toxunmamalıdır.Uzun saçı arxadan dəstə kimi yığıb bağlamaq lazımdır.Qida və texnika ilə məşğul olan əməkdaşlar baş geyimindən isifadə etməlidir. Bığ və saqqal səliqəli, müəyyən olunmuş qaydada olmalıdır.
~Kişilərdə dırnaqlar təmiz tutulmalı,qadınlarda orta uzunluqda, neytral manükürdə olmalıdır.Bilərzik taxmaq olmaz,yalnız nişan üzüyündən istifadə etmək olar.Qadınlar iki üzükdən artıq taxmamalı, sırğalar sadə olmalıdır.
Məlumatın məxfiliyi
Qonaqlar haqqında, onların yaşadığı nömrə,qaldığı müddət,şəxsi məlumatlar məxfi olmalıdır.
İşi bilmək
Hər bir əməkdaş hoteli yaxşı tanımalı,ərazini bilməli,şöbələrin iş saatını və ümumi məlumatı bilməlidir.
Səbrli və təmkinli olmaq
Şikayət v təklifləri diqqətlə dinləməyi bacarmaq,rəhbərliyə məlumatları çatdırmalıdır.Qonaq ilə mübahisə etmək və müdafiə mövqeyində durmaq lazım deyil.
Məsuliyyət
Hoteldə qaydaları saxlamağa məsuliyyətli olmaq lazımdır.Qonaq şikayət edərkən başqa şöbələri günahlandırmalı deyil və məsuliyyəti öz üzərinə götürmək lazımdır.
Əməkdaşların sayı,qonaqlara yüksək səviyyədə xidmət göstərməyə imkan yaratmalıdır.Bununla ələqədar olaraq tövsiyyə olunur ki,10 nömrəsi olan 5 ulduz hoteldə 20 nəfərdən çox olmayaraq personal xidmət göstərməlidir.
~4 ulduz hoteldə 10 nömrəyə 10 nəfərdən az olmayaraq personal xidmət göstərməlidir.
~3 ulduz hoteldə 10 nömrəyə 8 nəfərdə az olmayan personal xidmət göstərməlidir.

Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin