10.1 “Klassik menecmentin atası”
Fransız Anri Fayol (1841-1925) klassik menecment məktəbinin əasını qoyub. Təsadüfi deyil ki, amerikalılar A. Fayolu “menecmentin atası” adlandırırlar. Onun maraq obyekti, təşkilatın ayrıca tərəfləri deyil, bütövlükdə fəaliyyətidir. Fayola qədər heç kim idarə etmə fəaliyyətini bu səviyyədə tətqiq etməmişdir. Fayol sübut edirdi ki, inzibati funksiyalar hər bir səviyyədə hətda fəhlə səviyyəsində yerinə yetirilə bilər. Fayol 1841-ci ildə Türkiyənin İstanbul şəhərinin kənarındakı bir qəsəbədə anadan olub. Fayolun atası Qızıl buynuz buxtasının üzərində tikilən körpünün inşasına rəhbərlik edirdi. 1847-ci ildə Fayolun ailəsi Fransaya qayıdır. 1860-cı ildə Sent-Etyen şəhərində məktəbi bitirən Fayol, dağ-mədən şirkətinə işə düzəlir. O, sonradan 1888-ci ildən 1918-ci ilə kimi bu şirkətə rəhbərlik edir. Fayol “Ümumi sənaye idarəçiliyi” (1916-ci il) kitabında idarəçilik problemlərini göstərir. İdarəşilik təcrübəsini ümumiləşdirən Fayol nəzəri menecmentin məntiqi, düzgün sistemini yaradır. Fayol sübut edir ki, menecment nəzəriyyəsi düzgün və qısa ifadə olunarsa idarəçiliyi asan öyrənmək olar. İstefaya çıxan Fayol, öz asudə vaxtını, inzibatçılıq nəzəriyyəsinin geniş təbliğatı və yayılmasına sərf edir. Bununla əlaqədar olaraq, O, müxtəlif simpozium, konfranslarda çıxış edir və inzibatçılıq nəzəriyyəsini tətqiq edən “ Fransız mərkəzini” yaradır. Fayol öz ideyalarını, dövlət və ictimai idarəçiliyin yenidən qurulması üçün tətbiq edir. Bu ideyalar Fayolun “ Dövlətin inzibati nəzəriyyəsi” (1923) əsərində öz əksini tapıb. Fayola görə idarəçilik, təşkilatı müəyyən məqsədə çatdırrmalı və sərəncamda olan resurslardan (ehtiyat mənbələr) maksimum istifadə etməlidir..
Məhsulu satmaq üçün bazarda manevr etmək, reklamı izləmək, konyukturanı (vəziyyəti) öyrənmək, kapitalın dövrüyyəsinə nəzarət etmək və.s amilləri nəzərə almaq lazımdır. Fayol ilk dəfə olaraq menecmentin müətəşəkkil şəkildə öyrənilməsini təklif edir. O, hesab edirdi ki, menecmentin funksiyasına planlaşdırma, təşkilatı, idarəçilik, əlaqələndirmək və nəzarət daxildir. Fayol iddia edirdi ki, inzibati idarəçilik prinsipləri universaldır, belə ki bu prinsiplər nəyinki iqtisadiyyatda,həmçinin dövlət orqanlarında, təşkilatlarda, orduda və.s tətbiq oluna bilər.
“Menecer, tabeliyində olanların təşəbbüsünü inkişaf etdirmək bacarığına malik olmalı, onların bacarıq və imkanlarının həyata keçməsi üçün şərait yaratmalıdır. Menecer nəzarət hesabına, işçilərin buraxdığı səhvləri azalda bilər. Bu üsulla işçinin görünməyən qabiliyyət və bacarığı üzə çıxır və yüksək səviyyəli mütəxəssisə çevrilir. Bunun üçün menecer təkəbbürlü olmamalı və işçiyə məsləhət və tövsiyyə verməlidir.“ (Fayol H. “General and adiministrative management” Putman, London, 1923)
Fayolun inzibatçılıq nəzəriyyəsi 2 hissədən ibarətdir.
Birincisi idarəçilik funksiyasının izahı, ikincisi bu funksiyaların başa düşülməsidir. Funksiya, menecer nə edir, prinsip isə bu işi menecer necə edir sualına cavab verir.
İdarəçilik funksiyası əsasən təşkilatı struktura istiqamətlənib, idarəçilik prinsipi əməkdaşarın davranışlarına yönəlib. Bu prinsiplər konkretdir və təşkilati davranış normalarını ifadə edir.
Dostları ilə paylaş: |