Hotel biznesinə maliyyə axını nədir? Maliyyə axını hesablardaki və hotelin kassasında və beləliklə sahibkarın cibindəki maliyyə vəsaitlərinin daxil olması və xərclənməsindən ibarətdir. Maliyyə axını hotel biznesinin dəyərinin ölçülməsi və investisiyanın qaytarılma mexanizminin təyin edilməsində istifadə edilə bilər. Hotelləri qruplar, şəhərlər, ölkələr və regionlar üzrə müqayisə etmək imkanı əldə etmək üçün bütün hotellərin eyni hesabata malik olması mühümdür.
Normativ standartların ölkələrdən asılı olaraq fərqlənməsinə baxmayaraq, beynalxalq hotel şəbəkəsinin idarə etmə hesabatı dünya üzrə Amerika hotelləri və motelləri üzrə təhsil istitutunun nəşr etdirdiyi “Qonaqpərvərlik sənayesi müəssələrinin hesabatının vahid sistemindən” istifadə edir.
Nə üçün maliyyə axını vacibdir? Nə üçün müsbət ticarət və maliyyə axını vacibdir. Ona görə ki,maliyyə axınının yaxşılışdırması, təminatçılara, vergi orqanlarına və işçilərə ödəmələrin vaxtında yerinə yetirilməsi üçün şərait yaradır. Qəlirlər kifayyət etmədiyi tədqirdə və ya onların inkassasiyası vaxtında həyata keçirilməyibsə sahibkar rüsumların ödnilməsində, məvacibin verilməsində və təminatçıların hesabının ödənilməsində çətinliklərlə üzləşəcək. Bir neçə çıxış yolu var ki, onların hər birinə əlavə xərc tələb olunur.
Banka və çatışmayan vəsaiti maliyyələşdirməyə hazır olan investora müraciət etmək olar. Hər iki halda qarşı tərəf mülkiyyətçinin qısa müddətli maliyyə çatışmazlığı haqqında məlumatlıdır və yüksək faizli zəmanət tələb edəcək.
Hotel qısa müddətə maliyyə çatışmazlığını aradan qaldıra bilər, lakin gələn aydan sahibkar banka və ya investora götürdüyü maliyyənin bir hissəsini və əlavə faiz ödəməli olacaq.
İkinci alternativ isə müəssənin qiymətli kağızlarını əmlak və dəyərli əşyalarının ( məsələn, beş ulduzlu mehmanxanalarda qiyməti bir neçə yüz minə çatan şərab ehtiyatının) satılması nəzərdə tutula bilər. Ancaq bu variant qısa müddətli həll yolu deyil və dəqiqliklə hazırlanmalıdır. Yadda saxlamaq lazımdır ki belə variant sərmayənin müəyyən miqdarının itirilməsinə və ola bilər ki biznes üzərində nəzarətin itirilməsi ilə müşaiyət olunsun.
Əgər hotelin idarə edilməsində daim çatışmazlıq olarsa, müəyyən xərclərin önəmli dərəcədə azaltmaq lazımdır. Əməkdaşların sayını azaltmaq, vanna otağı ləvazimatlarını və qonaqlar üçün xırda məmulatların keyfiyyətini aşağı salmaq və ya hotelin müəyyən hissəsini bağlamaq olar.
Amma çətinki bu gündəlik xərcləri, maliyyə vəzifələrini azalda bilsin. Daha doğrusu bütün adı çəkilən variantlar əsas etibarı ilə hotelin idarəetmə keyfiyətinə deyil, maliyyə manipulasiyasına aiddir.
Sahibkarın qəbul edəcəyi sonuncu qərar, əgər qanuvericilik və müqavilənin şərtləri yol verərsə, hoteli bağlamaqdır.
İkinci səbəb hotel biznesini və / və ya daşınmaz əmlakın ən yüksək qiymətlə satılması. Gəlirli hotel biznesi ilə yanaşı, sahibkar öz uzunmüddətli investisiyasını geri qaytarılmasını nəzərdə tutan və yaxşı hesablanmış çıxış strategiyası ilə təhlükədən qoruya bilər. Sərbəst maliyyə axınına bir çox artıq amillər təsir etmişdir.
Belə desək, maliyyə axınının əhəmiyyətsiz dərəcədə dəyişməsi belə mülkiyyətin son dəyərləndirilməsinə öz təsirini göstərir. Lakin aktivlərin qiyməti biznesin qiymətindən asılıdır. Biznesin qiyməti öz növbəsində zaman ərzində onun nə qədər pul vahidi gətirməsi əsasında hesablanır.