§4.2. Tətbiqi proqram təminatı
Tətbiqi proqram təminatı istifadəçinin hər hansı məsələsini həll etmək məqsədilə yaradılır, sistem
proqram təminatının, əsasən də əməliyyat sisteminin nəzarəti altında işləyir. Aşağıdakı altbölmələri
vardır:
•
ümumi təyinatlı
•
üsulyönlii
•
problemyönlü
•
qlobal kompüter şəbəkələri üçün
Ümumi təyinatlı tətbiqi proqramlar istifadəçilərin informasiya emalı prosesində istifadə etdiyi
proqramlardır. Bu tip tətbiqi proqramlara aşağıdakılar aiddir:
> mətn redaktorları və prosessorları
> elektron cədvəllər və cədvəlprosesorları
> qrafiki redaktorlar
> nəşriyyat sistemləri
> tərcümə və lüğət proqramları
Dostları ilə paylaş: |