tədbirlərin həyata keçirilməsinin nəticələrini əvvəlcədən qiymətləndirməyə imkan
verir. İdarəetmənin funksiyalarından biri
təşkiletmə funsiyasıdır. Bu funksiya
istehsal proseslərinin həyata keçirilməsi istiqamətlərinin təşkilində mühüm rol
oynayır. Təşkiletmənin vəzifəsi müəssisədə ayrı-ayrı fəaliyyət növlərinə, şəxslərə
və maddi vasitələrə münasibətləri elə formalaşdırmaqdan ibarətdir ki, qarşıya
qoyulmiş məqsədlərə çatmaq ən az xərclə mümkün olsun. Bunun təmin olunması
üçün isə təşkilati forma və modellərdən istifadə edilir və onların seçilməsi zamanı
qarşıya qoyulmuş məqsədlər əsas götürülür. Müəssisədə planlaşdırmadan sonra
planların yerinə yetirilməsi mərhələsi gəlir. Sonrakı mərhələ
nəzarət və plandan
kənarlaşmaların təhlilidir. Nəzarət plan göstəriciləri ilə faktiki göstəricilər
arasındakı kənarlaşmaları aşkar edir, təhlil isə bu kənarlaşmaların səbəblərini
müəyyənləşdirir. Nəzarət və təhlilin nəticələri planlaşdırma üçün informasiya verir,
bu baxımdan informasiyanın uçota alınması vacib məsələdir.
Dostları ilə paylaş: