Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə110/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   106   107   108   109   110   111   112   113   ...   321
Seçilmiş əsərləri X 
239 
 
 
QADIN - ġAĠR ÜRƏYĠ 
 
Gülxani Pənahın «Qarabağ» kitabına
Ön söz 
Bir qayda olaraq, qadın şairələrimiz haqqında yazanda 
poeziyamızın qadın sələfləri xatırlanır, Məhsətidən, Natəvan-
dan üzübəri xanım şairələrimizin adı çəkilir və poetik fikir 
karvanının bu günkü varisləri barəsində sələflərdən-xələflərə 
hüdudlarında söhbət açılır.
Başqa sənət sahələrində olduğu kimi, poeziyada da varis-
lik ədəbi nəsillərin davamı olmaqla, milli ənənələrin qorunub-
saxlanılması, soykökə ehtiram istiqamətində lazımlıdır və mən 
deyərdim ki, vacib məsələdir. 
Lakin haqqında söhbət açacağım xanım təkcə poeziya hü-
dudlarında fəaliyyət göstərmir; bir tədqiqatçı, ədəbiyyatşünas 
kimi o, öz elmi məqalələri ilə artıq ədəbi tənqid sahəsində də 
tanınmaqdadır. 
Gülxani Pənah - bu imza ilə tanışlığımın tarixi ötən onil-
liyimizin axırlarına təsadüf edir. Elə ilk tanışlıqdan onun oriji-
nal tədqiqat manerasına malik olduğunu duymaq çətin deyildir. 
Bu gün qarşımdakı müəllifin poetik təfəkkürünün lirik 
ifadə tərzindən ibarət növbəti kitabının əlyazmasıdır.
Gülxani Pənah bir şair kimi sadədir, səmimidir, duyumlu-
dur. Onun mövzuları çoxşaxəlidir - şaxlı-budaqlı tut ağacını 
xatırladır. Məhsuldardır - şerlərinin hər biri bir tam halında 
meyvəsinin bolluğundan başını aşağı sallamış budaqlara bənzə-
yir. Həyalıdır - hər şeri oxuyanda başının ortasına sürüşmüş ör-
pəyini irəli - alnına çəkməyə çalışan gəlinlər yada düşür. Bir 
növ çəkingəndir - sanki cavan kişi qırığı ilə danışanda belə, ağ-
zının yaşmağını düzəltməyə, sözün ləzizini, qəlbəyatımlısını 
deməyə səy edən ağbirçəkdir. Ana duyumlu, övlad məhəbbətli, 


Firuzə Məmmədli 
240 
vətəndaş qeyrətli, dost-yoldaş təəssüblü, xanım-xatın duruşlu, 
ailə sədaqətlidir. 
Ana yurdun daşı, torpağı, dağı, qayası, açan çiçəyi, solan 
yarpağı, aşıb-daşan çayları müəllifin ilhamlı anlarının təsvir 
obyektidir. Düşmən işğalı altında yazı, yayı, payızı, qışı bir 
rəng alan doğma torpaqlara, düzlərə, dağlara tərəf boylananda 
gözləri həsrət yaşı ilə dolan şairə 
Başında dumanı-çəni görmədim, 
Bilsəydim, o səmtə baxmazdım, dağlar. 
- deməklə bu dumanın, bu çənin gəlib gözlərinə çökdü-
yünü, vətən həsrəti, torpaq yanğısının ötüb-keçəcək bir hiss, bir 
duyğu olmadığını, mənəvi sarsıntılarımızın artıq cismani 
mərəzə, fiziki şikəstliyə çevrildiyini ürək yanğısı ilə ifadə edir. 
Gülxaninin poetik axtarışları çox vaxt qadın taleyinin za-
man, məkan, qayğı, dözüm, ağır zəhmət prizmalarında arıtlanır. 
Belə vaxtlarda yaradıcılıq prosesinin özü onun çiyinlərini yük-
ləyən bir borca, fikirlərini çulğayıb, içini-içalatını çəngələyən 
bir çağırışa, bir haraya çevrilir. Bu anların bədii təfəkkür yükü 
uğurlu bir misra kimi, təbii boyalarla cilalanmış bir şeir bəndi 
kimi doğulur: 
''Ümidlərimə qan çilənib'', ''Zəhmətdən aldığım 
duyğu bal dadır'', ''qayğımın şələsi çiynimdə yükdü'', ''qabarlı 
əllərim günahkar çıxıb - əyilmiş qəddimin günahkarıdır''
və s. 
misraları poetik cəhətdən uğurludur. 
Şairənin dağlara müraciətlə yazdığı
Sərt qayalar-gözəlliyin vurğunu, 
Qoymur bircə gül ləçəyi tökülə. 
Görən kimlə mən aparım sorğumu, 
Qoyma, tanrım, bu qayalar sökülə. 
İldırımlar at oynadır başında, 
Bu vüqarı, bu təmkini itirməz. 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin