Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə118/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   114   115   116   117   118   119   120   121   ...   321
Firuzə Məmmədli 
250 
etməlidir. Mənasız şoular da televiziyanı gözdən salır. Bu mə-
nada, aşağıda qeyd olunanları məsləhət bilirik: 
1. Hər bir televiziyanın dilə nəzarət qurumu olmalıdır. hə-
min qurum televiziyanın dilinə - aparıcıların, müxbirlərin nitqi-
nə ardıcıl nəzarət etməli, hər həftənin dil qüsurlarını ümumiləş-
dirib onların nəzərinə çatdırmalı və islahına çalışmalıdır.
2. Televiziyanın dil qurumu hər bir alınma sözə həssas 
münasibət bildirməlidir. Bunun üçün Nəsimi adına Dilçilik 
İnstitutu ilə ardıcıl əlaqə saxlanılmalıdır. Bu və ya digər sözün 
ana dilində qarşılığı varmı, necə işlənməlidir? Bu sözü efirə 
buraxmaq olarmı? Beynəlmiləl termin hesab etmək olarmı?
3. Bir sıra televiziya-şirkət adlarından başlamaq lazımdır. 
«Space», «ANS» tipli adlar dəyişdirilsə, yaxşı olar.
4. Reklamlarda alınma sözlər ayaq tutub yeriyir. Müxtəlif 
şirkət, müəssisə adları reklamları anlaşılmaz edir. Maksimum 
miqdarda onların ana dilində qarşılığı axtarılmalıdır.
Aparıcılar və müxbirlər guya ədəbiləşdirmək və yüksək 
mədəni nitq nümayiş etdirmək üçün bir sıra alınmalara daha 
çox meyl edirlər. Yenilik əvəzinə, əksəriyyət bizim «yenilik» 
sözündən çox aşağı duran «innovasiya» tipli sözlər işlədirlər. 
Mənasız fikirdir. Bu cür sözləri indi xarici dili dədə- baba di-
lindən üstün tutan bir neçə nəfər başa düşür. Böyük xalq kütləsi 
“innovasiya”nın nə olduğu ilə maraqlanmır.
5. Veriliş birbaşa olmadıqda çıxış edənlərin nitqinə də nə-
zarət etmək olar. Təkrar yazmaqla, montaj etməklə yad ele-
mentləri redaktə etmək olar. Vəzifəli şəxslər daha çox nitq qü-
surlarına yol verirlər. Onların dilində ana dilinin sintaksisi daha 
çox pozulur. Bir kəlməni deyincə bir saat eeee eləyirlər. Be-
lələri heç olmasa, baxsın ki, adi rus fəhləsi necə danışır, məsu-
liyyət daşısın.
6. Şou aparıcılarının nitqinə xüsusi nəzarət edilməlidir. 
Onlar nə qədər böyük yumor yaratmağa cəhd etsələr də, Cəlil 
Məmmədquluzadə yumorunu yarada bilməzlər. Amma Cəlil 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin