Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə114/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   110   111   112   113   114   115   116   117   ...   321
Firuzə Məmmədli 
246 
sində müasir qloballaşma siyasətinin mühüm rolu vardır. Bu 
isə dillərin bir-birinə söz verib, söz alma prosesini sürətləndirir. 
Siyasi-iqtisadi mərkəzləşmədə müxtəlif xalqların dilləri üçün 
ümumi olan leksik vahidlərin funksionallığı artır. Bu halda di-
alektik vəhdətdə olan iki proses özünü göstərir: Bir tərəfdən so-
sial-siyasi və iqtisadi amillərlə əlaqədar yaranmış ümumi dil 
vahidləri milli münasibətlərin inkişafına müəyyən təsir göstə-
rir, digər tərəfdən, milli münasibətlərin inkişafı müxtəlif xalq-
ların dillərində ümumi səciyyə daşıyan sözlərin artmasını şərt-
ləndirir.
Milli əlaqə və münasibətlərin genişlənməsi ilə xalqlar 
arasında mədəni-kütləvi kommunikasiyaya meyl artır, onların 
ümumi mədəniyyətlərinin yaxınlaşması və dil əlaqələrinin ge-
nişlənməsi özlüyündə hər bir dilin lüğət tərkibinin zənginləş-
məsi amillərindən biri kimi çıxış edir.
Dillərin ümumi inkişafına təsir göstərən amillərdən biri 
də bu dövrdə kütləvi kommunikasiya vasitələrinin rolunun 
daim artmasıdır.
Müasir dövrdə kütləvi kommunikasiya vasitələri içərisin-
də ictimai həyatımıza daxil olub onun üzvi bir hissəsinə çevri-
lən elektron cihazlarının - kompyuter və mobil telefon, o cüm-
lədən digər video və audio aparatların rolu böyükdür. Bu tex-
nologiyanın sosial-ictimai həyatımızda, məişətimizdə yaratdığı 
yenilikləri tam keyfiyyətli inqilabi çevriliş hesab etmək lazım-
dır. Əvvəlki kommunikasiya vasitələrinin rolunu zəiflətmədən 
demək lazımdır ki, bu vasitələr ədəbi dilin inkişafına, xüsusən 
onun leksik qatının zənginləşməsinə çox böyük təsir göstərir.
Kütləvi kommunikasiya vasitələri gündəlik zəruri hadisə-
ləri əks etdirdiyindən burada sosial-siyasi həyatın bütün sahə-
ləri, ictimai-mədəni inkişaf, elmi-texniki tərəqqi ilə bağlı mü-
hüm yeniliklər işıqlandırılır. Yeni dövrün hadisələrini əks etdi-
rən dil vahidləri kütləvi kommunikasiya vasitələrininin köməyi 
ilə daha tez ümumxalq xarakteri ala bilir. Yeni ictimai quru-
luşla bağlı yarananlar üçün həqiqi mənada geniş meydan açılır.



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin