Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə116/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   112   113   114   115   116   117   118   119   ...   321
Firuzə Məmmədli 
248 
doğurur. Axı, biz içməli suya 
içimli, 
yeməli xörəyə 
yeyimli,
oxumalı kitaba 
oxuyumlu
və s. demirik.
Dilimizin qrammatik quruluşuna müdaxilə artıq dözül-
məz vəziyyətə gəlib çatıb. Özəlliklə, 
malik
(dovşanın iki qulağı 
var əvəzinə, dovşan iki qulağa malikdir; qarpızların çəkisi 2 
kilodur əvəzinə, qarpızların çəkisi iki kiloya malikdir), 
məxsus, 
aid,
və s. sözlər də eləcə. Öz qrammatik quruluşuna görə sinte-
tik dillər qrupuna daxil olan dilimizə analitik-sintaktik kons-
truksiyalar gətirən həmin sözlər dilin deyim informasiyasına 
yadlıq verir».(1.1.)
Kütləvi informasiya vasitələrinin dilin taleyindəki rolun-
dan danışarkən professor B.Xəlilov yazır ki, dilin nüfuzlu ol-
masında mətbuatın da rolu böyükdür. Əgər mətbuat Azərbay-
can ədəbi dilinin norma və tələblərinə cavab verirsə, onda dili-
mizin gücünü, potensial ifadə imkanlarını tam şəkildə üzə çıxa-
rır. Belə bir səviyyədə olan mətbuatın sözü kəsərli, mövqeyi 
nüfuzlu, xidməti isə əvəzsizdir. (2.2)
Çox diqqətəlayiq haldır ki, son vaxtlar digər görkəmli dil-
çi alimlərimiz də belə hallara qarşı münasibətlərini dəqiq və 
konkret faktlarla ifadə edir: Prof.Q.Kazımov və prof.İ.Məmmə-
dovun birgə yazdıqları “Televiziya dili məsələləri” məqaləsin-
də deyilir: «Hər bir verilişin ictimai və əxlaqi əhəmiyyəti olma-
lıdır. Hər bir veriliş xalqın milli dilinə, mədəni səviyyəsinə və 
tərbiyəsinə müsbət təsir etməlidir.
Aparıcı diktorların və müxbirlərin nitqində söz sırasının 
və uzlaşma əlaqəsinin (kəmiyyətcə uzlaşmanın) pozulması hal-
ları tez-tez müşahidə olunur. Bəzən ağır qrammatikləşmə hal-
ları özünü göstərir. Təbii ki, televiziya nitqi çevik olmalı, fikrin 
yığcam, səlis, sadə, aydın, bəzən bir qədər obrazlı ifadəsinə 
çalışmalıdır.
Reklamlar bəzən ibtidai təsir bağışlayır. Türk reklamları 
qədər ustalıq yoxdur. «Snigerslə!», «Pepsi!», «Sizdən ilhamlan-
dıq!» kimi o qədər də yerinə düşməyən ifadələrə təsadüf edilir. 
Bəzən başa düşülməyən, nəyə işarə etdiyi bilinməyən reklamlar 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin