Фирузя мяммядли


YENĠDƏNQURMA, SOSĠAL DURUM VƏ DĠL



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə113/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   109   110   111   112   113   114   115   116   ...   321
YENĠDƏNQURMA, SOSĠAL DURUM VƏ DĠL 
 
Azərbaycan ədəbi dili postsovet dövründə yeni inkişaf 
mərhələsinə qədəm qoymuşdur. Bu mərhələ Azərbaycan ədəbi 
dilinin müasir səviyyədə əlifba, orfoqrafiya məsələləri ilə ya-
naşı, leksik, semantik və qismən də olsa, qrammatik proseslərin 
gedişində dəyişikliklərin baş verməsi ilə davam edir.
Bütün əvvəlki dövrlərdə olduğu kimi, bu dövrdə də Azər-
baycan ədəbi dili lüğət tərkibinin inkişafı dilin digər qatlarına 
nisbətən daha sürətli və daha mütəhərrikdir. Sovet dövrü ədəbi 
dilimizdə olduğu kimi, bu sürət yenə də ictimai-siyasi həyat-
dakı dinamikaya uyğundur. Təbii ki, bu vəziyyət ictimai həyat-
la bilavasitə bağlı olan, onun hər bir dəyişikliyinə reaksiya ve-
rən lüğət tərkibinə dərhal təsir göstərməli idi. Həqiqətən də mü-
asir dövrdə dilin lüğət tərkibinin inkişafı daha çox hazır leksik 
vahidlərin dilə daxil olması istiqamətində davam edir.
Bu mənada, ədəbi dilin leksik qatında zənginləşmə xarici 
imkanlara daha çox əsaslanır. Xüsusən, xalqın sosial-ictimai və 
siyasi durumunda köklü dəyişikliklər baş verdikdə bu dəyişik-
liklərin dil ifadəçiləri istər-istəməz birbaşa ədəbi dilə yol açır. 
Ədəbi dilə yazılı və şifahi yolla daxil olan alınmalar əvvəlki iq-
tisadi-siyasi formasiyaya məxsus söz və ifadələrin dilin passiv 
fonduna keçməsinə səbəb olur.
Yeni dövr yeni dünyagörüşü formalaşdırdığı kimi, yeni 
leksik vahidlərin dilə kütləvi axınına da səbəb olur.
Azərbaycan ədəbi dilinin leksik tərkibində XX əsrin so-
nu, XXI əsrin əvvəllərində gedən proseslər də dilimizə külli 
miqdarda terminlərin, eləcə də məişət leksikasının daxil olma-
sına gətirib çıxarmışdır. Bu da təbiidir. Çünki xalqların həya-
tındakı sosial-iqtisadi, siyasi və mənəvi inkişaf amilləri sayə-
sində milli münasibətlər genişlənir və ümumi xarakter alır. 
Şübhəsiz ki, milli münasibətlərin inkişafında və genişlənmə-



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin