Seçilmiş əsərləri X 247
Əsas kütləvi təbliğat vasitələrindən olan mətbuat, kom-
pyuter və televiziya ədəbi dilin üslublarının diferensiallaşma-
sında, qrammatik normaların sabitləşməsi və qorunmasında, lü-
ğət tərkibinin, xüsusilə terminoloji vahidlərin zənginləşməsində
böyük rol oynayır. Texnoloji yeniliklərin xalqın sosial həyatına
geniş yol açması dövründə isə terminoloji zənginləşməyə xü-
susi ehtiyac duyulur.
Lakin bir məsələni xüsusi qeyd etmək yerinə düşərdi ki,
xalqın siyasi-ictimai taleyində baş verən gözlənilməz hadisələr
sosial-mənəvi sferada çox vaxt hərc-mərcliyə səbəb olur, istər
mədəniyyət və incəsənət, istər ədəbiyyat və təhsil, istərsə də
millətin özülünü şərtləndirən ən mühüm amillərdən biri olan dil
səviyyələrində leksik-semantik və qrammatik normaların po-
zulması, əvvəlki normalara biganə münasibət kimi hallara gəti-
rib çıxarır. Bu isə çox vaxt milli mentalitetdə meyarların mənfi
istiqamətdə dəyişməsi ilə nəticələnir.
Akademik A.Axundov müasir dövrdə Azərbaycan dili ilə
bağlı problemlərdən danışarkən göstərir: «İllərdir ki, kütləvi in-
formasiya vasitələri müstəqillik illərinin ədəbi dili problemləri-
nə həsr olunmuş məqalələr dərc edir, müsahibələr aparır.
Dilimiz dövlətimizin qayğısı ilə dövlət dili statusu almış,
ölkənin siyasi, ictimai, iqtisadi, mədəni, eləcə də insanların
şəxsi həyatında yeganə ünsiyyət vasitəsi kimi inkişaf yoluna
çıxmışdır. Təəssüflər olsun ki, əldə etdiyimiz müstəqillik bəzən
öz obyektiv qanunları olan dilə münasibətdə də özünü göstərir.
Bilməməkdənmi, bilərəkdənmi (yəni müəyyən şəxsi maraq na-
minə) dilə edilən müdaxilələrin güclənməsinin tez-tez şahidi
oluruq. Xüsusən ticarət müəssisələrinin adları sahəsində bu
daha çox müşahidə olunur. Görürsən hətta gözdənuzaq kiçik
bir küçədə bir-iki uşaq maykası, uşaq corabı asılan kiçik satış
yerinin adını «Beybi şop» (ingiliscə «Uşaq dükanı») qoyublar.
Söz yaradıcılığı sahəsində də ənənədən uzaqlaşma halları var.
Məsələn, həqiqətən çox gözəl, baxmalı kanal olan ATV-nin ek-
ranlarında kanalın özünü «baxımlı kanal» adlandırması təəssüf