Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə120/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   116   117   118   119   120   121   122   123   ...   321
Firuzə Məmmədli 
252 
uşaq verilişləri təşkil etmək olar. Böyüklərlə söhbət, təşəkkür 
və nəzakət, razılıq qaydaları, ata, ana sözünə rəğbət, valideyinə 
hörmət, məktəbə məhəbbət, kitaba münasibət bu verilişlərdə 
elə yüksək səviyyədə qurulmalıdır ki, uşaqlar onlardan gözlə-
rini çəkib başqa kanallara üz tutmasınlar. Başqa kanalların bu 
məqamda bir mənfi təsiri də odur ki, körpələr ana dilinin şirin 
sözləri əvəzinə başqa dilin sözlərini yaddaşına toplamalı olur. 
Bu çox mühüm məsələdir və ana dilini qorumaq istəyiriksə, 
buradan başlamalıyıq.
Bu yazımızın sonunda demək istərdik ki, bugünkü Azər-
baycan televiziyasının fəaliyyəti böyük və əhəmiyyətlidir. O da 
var ki, televiziya axtarışlardadır. Onun bugünkü səviyyəsi, möv-
qeyi hələ son hədd deyil. Televiziyamızın potensialı böyükdür. 
İnanırıq ki, bundan sonra da getdikcə öz işini təkmilləşdirəcək, 
insanları xoş xəbər və müjdələrlə sevindirəcək.» (3.3) 
Belə bir vəziyyətlə üzləşən Azərbaycan ədəbi dilinin artıq 
sabitləşmiş leksik-semantik və qrammatik normalarında ötən 
onilliklər üçün son dərəcə xarakterik olan bir qarışıqlıq yaran-
mışdı. Bu isə aşağıdakı nəticələrə gətirib çıxarmışdı:
1. Xarici dillərdən terminoloji vahidlərin kütləvi axını.
2. Ədəbi dil normalarına laqeyd münasibət.
3. Latın qrafikalı yeni əlifbanın mənimsənilməsinin 
ləngiməsi.
4. Yerli-yersiz Türkiyə türkcəsində danıĢmağa səy 
etmək.
5. Reklam lövhələrində əcnəbi dillərin Azərbaycan di-
lini üstələməsi.
Təbii ki, belə bir şəraitdə ədəbi dilin inkişafı və zəngin-
ləşməsindən söhbət gedə bilməzdi. Lakin bununla belə, ədəbi 
dil normalarının tənzimlənməsi, bu istiqamətdə dövlət səviyyə-
sində aparılan müzakirələr və verilən qərarlar prosesin qismən 
də olsa, sabitləşməyə doğru istiqamət almasına səbəb oldu. 
Akademik A.Axundovun redaktorluğu ilə çap olunan «Azər-
baycan dilinin orfoqrafiya lüğəti» və eləcə də ədəbi dilin 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin