Firuzə Məmmədli 252
uşaq verilişləri təşkil etmək olar. Böyüklərlə söhbət, təşəkkür
və nəzakət, razılıq qaydaları, ata, ana sözünə rəğbət, valideyinə
hörmət, məktəbə məhəbbət, kitaba münasibət bu verilişlərdə
elə yüksək səviyyədə qurulmalıdır ki, uşaqlar onlardan gözlə-
rini çəkib başqa kanallara üz tutmasınlar. Başqa kanalların bu
məqamda bir mənfi təsiri də odur ki, körpələr ana dilinin şirin
sözləri əvəzinə başqa dilin sözlərini yaddaşına toplamalı olur.
Bu çox mühüm məsələdir və ana dilini qorumaq istəyiriksə,
buradan başlamalıyıq.
Bu yazımızın sonunda demək istərdik ki, bugünkü Azər-
baycan televiziyasının fəaliyyəti böyük və əhəmiyyətlidir. O da
var ki, televiziya axtarışlardadır. Onun bugünkü səviyyəsi, möv-
qeyi hələ son hədd deyil. Televiziyamızın potensialı böyükdür.
İnanırıq ki, bundan sonra da getdikcə öz işini təkmilləşdirəcək,
insanları xoş xəbər və müjdələrlə sevindirəcək.» (3.3)
Belə bir vəziyyətlə üzləşən Azərbaycan ədəbi dilinin artıq
sabitləşmiş leksik-semantik və qrammatik normalarında ötən
onilliklər üçün son dərəcə xarakterik olan bir qarışıqlıq yaran-
mışdı. Bu isə aşağıdakı nəticələrə gətirib çıxarmışdı:
1. Xarici dillərdən terminoloji vahidlərin kütləvi axını. 2. Ədəbi dil normalarına laqeyd münasibət. 3. Latın qrafikalı yeni əlifbanın mənimsənilməsinin ləngiməsi. 4. Yerli-yersiz Türkiyə türkcəsində danıĢmağa səy etmək. 5. Reklam lövhələrində əcnəbi dillərin Azərbaycan di- lini üstələməsi. Təbii ki, belə bir şəraitdə ədəbi dilin inkişafı və zəngin-
ləşməsindən söhbət gedə bilməzdi. Lakin bununla belə, ədəbi
dil normalarının tənzimlənməsi, bu istiqamətdə dövlət səviyyə-
sində aparılan müzakirələr və verilən qərarlar prosesin qismən
də olsa, sabitləşməyə doğru istiqamət almasına səbəb oldu.
Akademik A.Axundovun redaktorluğu ilə çap olunan «Azər-
baycan dilinin orfoqrafiya lüğəti» və eləcə də ədəbi dilin