Seçilmiş əsərləri X 251
Məmmədquluzadə yumorunu ana dilində yaradıb. Hər bir apa-
rıcı (istər şou olsun, istər rəsmi xəbər) bunu dərk etməlidir.
7. Şouların və verilişlərin bir çoxu mənasızdır, hətta həd-
siz dərəcədə mənasızdır. Kim kimdən küsüb, kim kim ilə dost-
dur, düşməndir kimi əttökən məsələlər bir qrup qadın müğənni-
ni xalqın gözündə nifrət obyektinə çevirib. Guya bunlar böyük
dövlət xadimləriymiş və bunlardan birinin o birindən küsməyi
cəmiyyət üçün böyük bəlalara səbəb olacaqmış. Belə verilişlər
yığışdırılmalı, cəmiyyəti düşündürən məsələlərə yer verilməli-
dir. Elə verilişlər verilməlidir ki, gənc nəslin vətənə, əməyə
məhəbbətini artırsın. Yüngül yollarla dolanmaq, əyri yollara əl
atmaq üsullarının təbliğinə yol verilməməlidir. Məktəbə, kita-
ba, elmə, alimə, böyüyə, ictimai işə hörmət təbliğ olunmalıdır.
Bu günlərdə televiziyalardan birində S.Vurğunun «Azərbay-
can» şeiri və həmin şeirlə əlaqədar verilən mənzərələr nə qədər
gözəl idi! Adamda qürur doğururdu. Bizim ədəbiyyat tariximiz
unudulur, şairlərimiz, klassik müğənnilərimiz unudulur, orta
səsi olan cavan qızlar və oğlanlar televiziya ekranlarına müna-
sibəti pisləşdirib. Nə qədər qeybət olar, nə qədər mənasız söh-
bətlər olar? Sovet televiziyası hər şeyi - əxlaqı, mədəniyyəti,
mənəviyyatı, insana münasibəti qoruyurdu. Müstəqillik özbaşı-
nalıq deyil! Televiziyanın sözü yoxdursa, bağlanması yaxşıdır.
8. Kobud fikirlərin, vulqar hadisələrin ifadəsinə yol veril-
məməlidir. Buna az da olsa, məcbur olduqda evfemistik vasi-
tələrdən istifadə edilməli, ifadələr yumşaldılmalıdır. «Hırılda-
maq» kimi şit ifadələrlə təbəssüm yaratmaq düz deyil. Qarnını,
dalını böyütməklə gülüş yaratmaq mənasız gülüşdür, tamaşaçı
zövqünü korlamaqdan başqa heç nəyə xidmət etmir.
9. Türk televiziyasında yalnız uşaq verilişləri ilə məşğul
olan kanallar var. O qədər tərbiyəvi, o qədər gözəldir ki, hətta
böyüklər də o kanallardan nümunəvi nitq və davranış xüsusiy-
yətlərini öyrənə bilirlər. Ona görə də bizim uşaqlar bütün günü
türk kanalları qarşısındadır. Boş və mənasız «verilişlərlə» məş-
ğul olan bu (bizim tel.kanal) kanallardan birində ardıcıl olaraq