Firuzə Məmmədli 250
etməlidir. Mənasız şoular da televiziyanı gözdən salır. Bu mə-
nada, aşağıda qeyd olunanları məsləhət bilirik:
1. Hər bir televiziyanın dilə nəzarət qurumu olmalıdır. hə-
min qurum televiziyanın dilinə - aparıcıların, müxbirlərin nitqi-
nə ardıcıl nəzarət etməli, hər həftənin dil qüsurlarını ümumiləş-
dirib onların nəzərinə çatdırmalı və islahına çalışmalıdır.
2. Televiziyanın dil qurumu hər bir alınma sözə həssas
münasibət bildirməlidir. Bunun üçün Nəsimi adına Dilçilik
İnstitutu ilə ardıcıl əlaqə saxlanılmalıdır. Bu və ya digər sözün
ana dilində qarşılığı varmı, necə işlənməlidir? Bu sözü efirə
buraxmaq olarmı? Beynəlmiləl termin hesab etmək olarmı?
3. Bir sıra televiziya-şirkət adlarından başlamaq lazımdır.
«Space», «ANS» tipli adlar dəyişdirilsə, yaxşı olar.
4. Reklamlarda alınma sözlər ayaq tutub yeriyir. Müxtəlif
şirkət, müəssisə adları reklamları anlaşılmaz edir. Maksimum
miqdarda onların ana dilində qarşılığı axtarılmalıdır.
Aparıcılar və müxbirlər guya ədəbiləşdirmək və yüksək
mədəni nitq nümayiş etdirmək üçün bir sıra alınmalara daha
çox meyl edirlər. Yenilik əvəzinə, əksəriyyət bizim «yenilik»
sözündən çox aşağı duran «innovasiya» tipli sözlər işlədirlər.
Mənasız fikirdir. Bu cür sözləri indi xarici dili dədə- baba di-
lindən üstün tutan bir neçə nəfər başa düşür. Böyük xalq kütləsi
“innovasiya”nın nə olduğu ilə maraqlanmır.
5. Veriliş birbaşa olmadıqda çıxış edənlərin nitqinə də nə-
zarət etmək olar. Təkrar yazmaqla, montaj etməklə yad ele-
mentləri redaktə etmək olar. Vəzifəli şəxslər daha çox nitq qü-
surlarına yol verirlər. Onların dilində ana dilinin sintaksisi daha
çox pozulur. Bir kəlməni deyincə bir saat eeee eləyirlər. Be-
lələri heç olmasa, baxsın ki, adi rus fəhləsi necə danışır, məsu-
liyyət daşısın.
6. Şou aparıcılarının nitqinə xüsusi nəzarət edilməlidir.
Onlar nə qədər böyük yumor yaratmağa cəhd etsələr də, Cəlil
Məmmədquluzadə yumorunu yarada bilməzlər. Amma Cəlil