Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə132/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   128   129   130   131   132   133   134   135   ...   321
Firuzə Məmmədli 
264 
tədbiri «exo»suz, mikrofonsuz, fonoqrammasız cürbəcür xarici 
zərb alətləri olmadan keçirilmir. Bunların hər biri musiqidə 
istifadə olunan texniki qurğulardır.
Mədəniyyətlə bağlı son iyirmi ildə dilimizə daxil olan ter-
min və ya terminoloji leksikaya təxminən aşağıdakılar daxildir: 
ionika, exo, fonoqramm, aranjiman, klip, avrovijn, kompakt 
disk, şou, postmodernizm, koniça, kodak, fotoprint, stereo, pro-
dokşn, prodüsser, video, audio, vizual, transfer, prezentasiya, 
pult, cazmen, rep, reper, krosnı, fotoşop, rataprint, ofset, speys, 
printer, adapter, animasiya, filmoteka, banner, perforans, 
şarm, DVD, mobil, virtual, kompyuter, monitor, podium (moda 
nümayişi), silikon, dizayn. dizayner
və s. Qeyd etməliyik ki, 
milli mədəniyyətin ən müxtəlif sektorları ilə bağlı olan milli 
mentalitetin özündə də müsbət və ya mənfi istiqamətli dəyiş-
mələrin dil ifadəçilərində yeniliklər müşahidə olunmaqdadır. 
Bu baxımdan, 
psixoloji durumla bağlı 
- aura, ekstrasens, ön-
cəgörmə, maqiya, medium, trans (vəziyyəti), qoroskop, menta-
litet, aristokrat, parapsixoloq; 
geyim mədəniyyəti ilə bağlı
 

şortı, bluz, tişört, lasina, topik, dekolte, aksesuar, buton (düy-
mə) 
və s., 
yemək və süfrə mədəniyyəti ilə bağlı 

qril, pitsa, 
qamburqer, sufle, mimoza (salat), sizburqer, sendviç, çipsi, 
kraker, biq-maq, krivetka, laxmacun, loğmani 
və s., 
spirtsiz 
içki adları sırasında

koka-kola, sprayt, mirinda, fanta, bo-
nakva, pepsi, pepsi-kola 
və s. 
meyvə adları sırasında
– ana-
nas, banan, kivi
və s., 
təhsillə bağlı 

baloniya, interaktiv, dis-
tant forma, kurrikvium, kredit sistemi, bakolavr, magistr, test, 
magistratura, magistrant, repetiter, pilot məktəb
və s., 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin