Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə213/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   209   210   211   212   213   214   215   216   ...   321
Сечилмиш ясярляри 
lX 
aləminə, məzmun planına daxil olub Leksika 
kursunun müxtəlif bölmələrini ifadə edir. Bu 
mənada «Leksika» (dildə olan bütün sözlərin 
məcmuu)
1
bölməsinin bir vəzifəsi də – şagirdlərə 
söz qrupları, sözlərin istifadə dairəsi barədə 
məlumat verməkdir. 
«Leksika» bölməsində nəzəri müddəaları 
möhkəmləndirmək məqsədi ilə verilmiş çalışmalar 
sırf leksik-semantik mülahizələrin açılmasına 
xidmət edir. Burada da nominativ mənalı lüğət 
vahidlərindən tutmuş məcazlaşmanın nisbətən aşağı 
pilləsi – çoxmənalılıq və yüksək dərəcədə 
abstraktlaşma nümunələri olan müxtəlif cəhətli 
metaforalar, həmçinin əks mənaların ifadəçiləri – 
antonimlər, yaxın və eyni mənalı sözlər – sinonim-
lər və eləcə də müxtəlif mənası ilə fərqlənən 
formaca eyni sözlər – omonimlərə dair verilmiş 
çalışmalar məzmunca şagirdlərin əmək tərbiyəsi və 
peşəyönümü işi üçün əlverişli deyildir. Dil 
qanunlarının müəyyən məqsədyönlü qavranılması 
üçün tərtib olunmuş bu çalışmalar özlüyündə son 
dərəcə maraqlı, düşündürücü, şagirdin qüvvəsini, 
diqqətini səfərbəyredici xarakter daşıyır. 
«Leskika» bölməsinə daxil olan mövzuların 
əksər qismi ünsiyyət prosesində nitqin poetikliyini, 
cazibəsini, lakonikliyini və qəlbəyatımlılığını təmin 
1
А.М.Гурбанов. Мцасир Азярбайъан ядяби дили. 
«Маариф» няшриййаты, 1985, сящ.179. 


426 
Фирузя Мяммядли 
etmək məqsədi ilə işlədilən üslubi-funksional 
qruplar, məna və məzmun çalarlarının semantik yo-
zumlarıdır. Söz yox ki, belə bir məqsədə xidmət 
edən çalışmalarda məzmunca peşəyönümü motivi 
axtarmaq və ya əlavə etmək – mövzuların bir qədər 
də mürəkkəbləşməsinə səbəb ola bilər. Lakin yadda 
saxlamaq lazımdır ki, Azərbaycan dili kursunun 
başlanğıcından dil qanunları ilə paralel aparılan bir 
işi yarıda qırmaq və ya uzun müddət fasilə də 
vermək olmaz. Buna görə də bu mövzuların tədrisi 
prosesində şagirdlərin əmək tərbiyəsinə və peşə 
marağına müsbət təsir edən mətnlər yazdırıb orada 
işlənmiş lüğət vahidlərinin mənası, məcazlaşma 
səviyyəsi üzrə təhlil işi aparmaq olar. Bu məqsədlə 
seçiləsi mətnlər bədii ədəbiyyatdan, başlıca olaraq, 
uşaq ədəbiyyatından götürülə bilər. Tapşırığın 
icrasından sonra, əlbəttə ki, mətnin məzmunu
ideyası barədə söhbət açıb, burada qoyulan məsə-
lələri uşaqlara çatdırmaq lazımdır. Məsələn, 
verilmiş mətndə antonim sözləri seçib, altından xətt 
çəkin: 
Qoca bağbanın yaşı yüzə çatmışdı. Yaz 
fəslində bir neçə cavan onun bağına gəlir. Onlar 
görürlər ki, qoca əl-ayağı əsə-əsə torpağı 
yumşaldır, sonra oraya toxum səpir. Cavanlardan 
biri soruşur: 
– Babacan, nə iş görürsən? 
Bağban cavab verir: 


427 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin