Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə237/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   233   234   235   236   237   238   239   240   ...   321
Фирузя Мяммядли 
üçün beynəlxalq miqyasda «Qırmızı kitab» 
yaradıldı ki, nəsli kəsilmək qorxusu olan quşlar, 
heyvanlar həmin kitaba salındı. Bu, o demək idi ki, 
belə quşların və ya heyvanların ovlanması 
qadağandır. «Qırmızı kitab» ovçulara qarşı 
çevrilmiş bir tədbir olmayıb, əksinə ovçuluqda 
müəyyən nizam, qanun yaradan, nadir təbiət 
canlılarını gələcək nəsillər üçün qoruyub saxlayan 
bir vasitədir. 
Hazırda ölkəmizdə «ovçuluq» peşəsi öz 
zəruriyyətini qoruyub saxlamaqla yanaşı, daimi 
deyil, mövsümü əmək prosesinə çevrilmişdir. 
Uzaq, qarlı Sibirdə xəz dərili heyvanların ovlan-
ması dövlət əhəmiyyətli iş olub, xüsusi 
təsərrüfatlara tapşırılmışdır. Burada ancaq dövlət 
qanunlarına ciddi əməl edən, həqiqi mənada 
ovçuluq qabiliyyəti olan şəxslər fəaliyyət göstərir. 
Ovçuluq qanunlarını pozanlar cinayət məcəlləsi 
daşımaqla 
meşə 
təsərrüfatçıları 
və 
sahə 
müvəkkilləri tərəfindən tutulub cəzalandırılır.» 
«Ovçuluq» peşəsi barəsində aparılan bu 
söhbət təbii ki, şagirdlərdə peşəyə maraq 
oyadacaqdır. Lakin bizim regionda bu peşə mənəvi 
tələbatlar sırasında olduğundan, şagirdlərə izah et-
mək vacibdir ki, əsl ovçu heyvanların düşməni yox, 
dostu olmalıdır. Burada S.Vurğunun «Muğana 
ceyran» şeirindən bir bənd gətirməklə heyvanlar 
aləminin qəribə sirrləri və qəribə taleyi barədə 
söhbəti davam etdirmək olar: 


479 
Сечилмиш ясярляри 
lX 
«Ovçu, insaf eylə, keçmə bu düzdən, 
O çöllər qızını ayırma bizdən. 
Qoyma ağrı keçə ürəyimizdən, 
Qıyma öz qanına boyana ceyran, 
Nə gözəl yaraĢır Muğana ceyran. 
Ovçuluq peşəsi əsrlərdən bəri xüsusi məktəb 
olmayıb, 
böyüklərdən 
kiçiklərə, 
yaşlılardan 
cavanlara, 
atalardan 
oğullara 
nəsil-nəsil 
ötürülmüşdür. Lap qədim dövrlərdən bəri əsl ovçu 
yüksək mənəvi keyfiyyətləri, alicənablılığı, təbiətə 
bağlılığı, yaşadığı torpağın maddi və mənəvi 
sərvətlərinə qayğıkeş münasibəti ilə fərqlənmişdir. 
Bu mənada ovçu, özünün yırtıcılardan fərqləndiyini 
sübut etməlidir. Ovçu elə olmalıdır ki, heyvan 
ondan qorxub, canavara, pələncə pənah aparmasın. 
Əksinə, canavardan, pələngdən qorxub ona pənah 
gətirsin. Hansı səbəbdənsə qorxub insana sığınan 
hər hansı heyvanı ovlamaq, vurub öldürmək yox, 
ona qayğı və mehribanlıq göstərmək lazımdır. 
İnsanı yırtıcıdan fərqləndirən də bu mühüm 
cəhətdir.» 
Dərslikdə peşə məlumatı imkanı verən 
çalışmaların məhdudluğunu nəzərə alaraq, «Feilin 
formaları» mövzusunun tədrisi zamanı şagirdləri 
müxtəlif formalarda işlədilməsi tələb olunan feillər 
üzərində çalışdırarkən imkan vermək lazımdır ki, 
onlar müxtəlif peşələrə dair fikirlərini yazsın. Bu 


480 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   233   234   235   236   237   238   239   240   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin