Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə245/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   241   242   243   244   245   246   247   248   ...   321
Сечилмиш ясярляри 
lX 
etmək üçün, zövqlərinin təminatı üçün qədəm basır. 
Əks təqdirdə, onu heç sürüyə-sürüyə də kinoya 
gətirə bilməzsən. Maraqlı filmə baxıb, razılıq hissi 
ilə evə qayıdan tamaşçı unudur ki, bu filmin belə 
rəvan nümayişini və onun bir saat yarım və ya iki 
saatlıq istirahətinin mənalı keçməsini təmin edən 
şəxs var və aldığı bu zövq üçün hardasa, fikrin, 
hissin hansı bir güşəsindəsə ona borcludur. Bu 
mənada tamaşçı və kinomexanik qarşılığı hansı bir 
nöqtədəsə bu peşə sahiblərinin tamaşaçılarla 
müsahibəsi bəzən filmin nümayişi ilə bağlı 
müraciəti zərurətini yaradır. Kino nümayişçilərinin 
diqqət və qayğısı tamaşaçının özündə də onlara 
qarşı analoji münasibətin formalaşmasına, bu isə 
tamaşaçı 
kütləsinin 
mədəni 
səviyyəsinin 
yüksəldilməsinə gətirib çıxarır. 
«Kinomexanik» peşəsi barədə bütün bu 
məsələlərin izahından sonra uşaqlara müvafiq təhsil 
verən Texniki Peşə Məktəbləri və kino çəkilişi 
sahəsində ali təhsil verən institutlar barədə məlumat 
vermək olar. 
217 nömrəli çalışmadakı «Gəmidə briqadalar 
növbə ilə çalışırdılar» cümləsindəki «Gəmi» sözü 
ilə əlaqədar müxtəlif gəmiçilik peşələri barəsində 
məlumat vermək olar. Bu mənada gəmiqayırma 
peşələri, gəmiçilik və gəmi təsərrüfatçılığı peşələri 
haqqında 
danışmaq 
məqsədəuyğundur. 
Gəmiqayırma peşələrinə liteyçik, kotelçik, rəngsaz, 


496 
Фирузя Мяммядли 
boru təmizləyən, dülgər, ağac emalçısı, montyor, 
energetik, çilingər, tokar və s. peşələri daxildir. 
Gəmiçilik peşələrinə matros, motorçu, 
energetik, gəmi aşbazı, bufetçi, xidmətçi, feldşer və 
s. peşələri daxildir. 
Bütün bu peşələr üzrə gəmiçilik üzrə Texniki 
Peşə Məktəbləri və texnikumlarında ixtisas 
qazanmaq mümkündür. 
221 nömrəli çalışma təbiət mövzusuna həsr 
olunmuşdur. Təbiəti qorumaq, ekoloji problemlər 
müasir dövrümüzün ən ümdə sosial-ictimai 
problemlərindən olduğu üçün kiçik bir imkandan 
belə istfadə etməklə bu sahədə söhbət aparmaq, şa-
girdlərin diqqət və marağını bu sahəyə yönəltmək 
vacibdir. Buna görə də mətni bütövlükdə təqdim 
etməyi lazım bilirik: 
«Nəcəf bəy Vəzirov təbiət aşiqi idi. Təbiəti 
onun qədər sevən az adam tanıyıram. Hər gün 
yerindən qalxan kimi saatlarca tarlalarda, çəmən və 
bağlarda gəzmək adəti idi. Hər səhər erkən gələr, 
əsasını pəncərəmizə vuraraq məni yuxudan oyadar-
dı. Birlikdə yaxındakı çəmənliklərdə, bağlarda 
gəzdikdən sonra bostançılardan yer-yemiş alıb evə 
qayıdardıq. Yolda şirin lətifələr söylər, bostançı ilə 
zarafatlaşar, xülasə, vaxtını xoş keçirməyə, 
ürəyindən dərdləri dağıtmağa çalışardı.» 
Mətni oxuduqdan sonra şagirdlərlə bağ, 
bostan və tərəvəz məhsulları barədə aşağıdakı 
suallar üzrə söhbət aparmaq olar: 


497 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin