Сечилмиш ясярляри
lX
gözəyarı, səs gələn yeri isə düzgün təyin etməyi
bacarmalıdır.
«Feili bağlama tərkibləri haqqında ümumi
məlumat» mövzusunun tədrisində imla yazmaq
məqsədi ilə təqdim edilən 177 nömrəli çalışma
tikinti fəhləliyi işi üzrə söhbət aparmaq üçün
əlverişlidir. Mətnin məzmunu əməyin qiymətlən-
dirilməsindəki
mənəvi
stimulu
ilə
də
diqqətəlayiqdir:
«İran ədəbiyyatının görkəmli simalarından
olan Şeyx Müsləhəddin Sədi (1134-1291) səyahət
edərkən kərpickəsən bir qocaya rast gəlir. Qoca
işlədikcə Sədnin şeirlərini oxuyur və təhrif edirmiş.
Şair bunu görüncə qocanın kəsdiyi kərpicləri ayaq-
layıb əzməyə başlayır. Qoca ona:
– Onları mən zəhmət çəkib kəsmişəm. Nə
üçün korlayırsan? – dedikdə Sədi:
– Oxuduğun şeirləri də mən zəhmət çəkib
yazmışam. Bəs, sən nə haqla onları təhrif edirsən?
– deyə cavab vermişdi».
Mətndən çıxan ibrətamiz nəticə ondan
ibarətdir ki, başqasının əməyini də öz əməyin kimi
qiymətləndirməyi bacar. Çünki haçansa sənin də
əməyin kimin tərəfindənsə qiymətdirilməlidir. Elə
olmasın ki, başqası da sənin əməyini pis kökə
salsın.
Mətnin peşə məlumatı imkanlarına gəldikdə
onu qeyd etmək lazımdır ki, burada hasilə gətirilən
tikinti materialından (kərpicdən) söhbət gedir. Bu
492
Фирузя Мяммядли
mənada müəllim şagirdlərin diqqətini tikinti
işlərinin vacib komponentlərinə cəlb etmək məq-
sədi ilə aşağıdakı suallarla sinfə müraciət edə bilər:
1. Tikinti işlərində zəruri olan hansı
materialları tanıyırsınız?
2. Neçə cür kərpic vardır və hansılardır?
3. Qədim dövrlərdən bizə yadigar qalan
abidələrdə hansı kərpic növü ilə rastlaşmısınız?
4. Son dövrlərdə tikinti işlərinə daha hansı
materiallar daxil olub?
5. Kərpicin necə kəsildiyini, necə hasilə
gəldiyini bilirsinizmi?
Əlbəttə, bu sualların hər biri öz-özlüyündə
yaxşı bir söhbətin mövzusu ola bilər. Və
mümkündür ki, şagirdlər suallara dəqiq və ətraflı
cavab verə bilməsin. Belə hallarda müəllimin öz
şərhi
vacibdir.
Müəllim
konkret
olaraq
aşağıdakıları şagirdlərə çatdırılmalıdır:
1. Kərpic, taxta, mil, tir, sement, beton,
palçıq, dəmir, daş, qum, gil, su, şüşə, ağac
materialları, mərmər üzlüklər, panellər və s...
2. Çiy kərpic, qızılkərpic və daş kərpic
(kubik).
3. Lap qədim dövrlərdən etibarən kərpicin hər
üç növündən geniş istifadə olunmuş, abidələrdə
əsasən qızılkərpic və kubik kərpiclərlə qarşılaşırıq.
Çiy kərpicin qalıqlarına qədim istehkam və strateji
hasar qalıqlarında təsadüf olunur.
|