Сечилмиш ясярляри
lX
4. Son dövrlərdə tikinti materialları sırasına
beton, dəmir, mərmər üzlük, kafel və məişət
rahatlığını təmin edən əşyalar və s. daxil olmuşdur.
5. Qızılkərpic gildən tökülüb bişirilməklə,
kubik daşlardan kəsilməklə, çiy kərpic isə
palçıqdan yoğurulub, qəliblərə tökülərək gündə
qurudulmaqla hasilə gəlir.
«Köməkçi nitq hissələri» adından da məlum
olduğu kimi, müstəqil lüğəvi mənadan məhrum
olan, əsas nitq hissələri arasında bəzi qrammatik
əlaqələrin yaranmasına kömək edən linqvistik
vasitələrdəndir. Bu nitq hissələrinin leksik-
semantik və qrammatik funksiyası peşəyönümü
işinə ancaq əsas nitq hissələri fonunda xidmət edə
bilər. Buna görə də bu mövzular üzrə verilmiş
çalışmaların peşəyönümü imkanlarını müstəqil
lüğəvi məzmuna malik sözlər, ifadələr sferasında
aparacağıq.
«Qoşma» mövzusu üzrə verilmiş «Dərsdən
sonra kinoya getdik» cümləsində peşə məlumatı işi
«kino» sözü üzərində qurulmalıdır. Məlum olduğu
üzrə müasir gənc nəsil «kino» çəkilişi problemləri
ilə əvvəlki nəsillərə nisbətən daha çox tanışdır. Bu,
hər şeydən əvvəl, televerilişlərə daxil olan kinofilm
proqramlarının xidmətidir. Bundan başqa uşaqlar
məktəblərdə,
pioner
evlərində,
pioner
düşərgələrində, klublarda və s. kino yaradıcılığı,
film çəkilişi dərnəklərində məşğul ola bilirlər.
494
Фирузя Мяммядли
Lakin bu imkan həmişə və hər yerdə eyni
dərəcəli deyil. Xüsusən kənd regionlarında yaşayan
uşaqlar bu məzmunda teleproqramlarla və
dərnəklərlə az maraqlanırlar. Buna görə də
cümlədəki «kino» sözünün lüğəvi və sosial
informasiya imkanlarından istifadə edərək bu
sahədə bir neçə dəqiqəlik söhbət aparmaq olar.
Kinonun meydana gəlmə tarixi, keçdiyi inkişaf
yolu, bu günkü səviyyəsi barədə qısa məlumatdan
sonra «kinomexanik» peşəsinə istiqamətverici
söhbəti davam etdirmək zəruriyyəti öz-özünə
yaranacaqdır.
«Kinomexanik» peşəsi özlüyündə cəlbedici
peşələrdən olduğu üçün gənclərin bu sahəyə meyli
bu gün problem təşkil etmir. Lakin bu peşəni
sevərək, onunla məşğul olmaq hələ işin bir
təərfidir. İkinci tərəfi – tamaşaçı kütləsinə,
publikaya münasibətlə bağlıdır. Kinomexanik
mədəni xidmət sferasında tamaşaçı tələbatını ödəyə
biləcək səviyyədə durmağı bacarmalıdır. Nümayiş
etdirəcəyi film barədə lazımi məlumata əvvəlcədən
malik olmalı, lazım gələrsə, onun maraqlı
epizodlarından danışmağı bacarmalıdır. Axı,
kinomexanik həm də təbliğatçıdır. Kifayət qədər
tamaşçı cəlb edə bilmək üçünsə bu, mühüm cəhət-
dir. Filmin nümayişi tamaşaçıya hadisələrin
ardıcıllığını izləməyə imkan verməli, səs effektləri
onlarda
mənfi
deyil,
müsbət
emosiyalar
yaratmalıdır. Axı, tamaşaçı kinozalına istirahət
|