Сечилмиш ясярляри
lX
«süpürgəçi», «dərzi» peşələri ilə tanış etməyə im-
kan verir.
«Süpürgəçi» peşəsi, məlum olduğu üzrə,
insanların
gün-güzəranının
səliqə-sahmanına,
normal həyat tərzi keçirməsinə, ideal gigiyenik
şəraitə səbəb olsa da, bu peşə üzrə xüsusi məş-
ğuliyyətə, bu sahə üzrə ixtisas qazanmağa ehtiyac
yoxdur. «Süpürgəçi»lik elə peşələrdəndir ki, öz
peşəkarlarını çox da həvəslə cəlb etmir. Daha
doğrusu, vətəndaşlar, xüsusən gənclər bu sahəyə
meyl göstərmirlər. Halbuki məhz gənclərin bu peşə
ilə maraqlanması, bu peşənin sahibi olması bu gün
daha vacib, dah zəruri sosial problemlərdəndir. Ona
görə zəruridir ki, bu peşə hər şeydən əvvəl xüsusi
sağlamlıq və fiziki qüvvə tələb edən peşələrdəndir.
Digər bir səbəb ondan ibarətdi ki, gənclərin zəhmət
dünyasına gəlişinin məhz birinci pillədən başlaması
onların dünyagörüşünün kamil formalaşma yolu
keçməsinə səbəb olduğu kimi, onlarda zəhmət
adamlarına hörmət, ehtiram, qayğıkeş münasibət,
diqqət və təəssübkeşlik, həmçinin iqtisadi mü-
nasibətlər və problemlər üzrə ağıllı mühakimə
yürütmək qabiliyyəti tərbiyə edər. Məhz belə
şəxslər aşağıdan-yuxarıya cəmiyyət pillələrinin
sosial problemləri barədə aydın təsəvvürə malik
olar, xalqın ağrı-acısını duya bilər, vicdan
tərəzisinin gözündə əyriliyə yol verməz. Xalqa və
dövlətə vurulan milyardlarla iqtisadi, sosial və
ictimai zərərin bütün məsuliyyəti birdən-birə
490
Фирузя Мяммядли
yüksək vəzifə pilləsində əyləşib ağalıq iddiasında
olanların, öz nəfsləri naminə partiya adından
danışıb, dövlətin xəzinəsi ilə öz cibini qarışıq
salanların boynunda olması isə bir həqiqətdir.
«Süpürgəçi» peşəsi ölkəmizdə öz çətin və
ağır əməyinin lazımınca qiymətləndirilməsi ilə
fərqlənir. Belə ki, bu sahənin işçiləri yüksək əmək
haqqı, bir neçə yerdə işləmək imkanı, ilk növbədə,
həm də tez bir zamanda mənzillə təmin olunmaq
imtiyazına
malikdir. Bir sözlə, ölkəmizdə
süpürgəçinin aylıq əmək haqqı ali təhsilli
mütəxəssisin əmək haqqı səviyyəsindədir.
«Feili bağlamalar» mövzusu üzrə verilmiş
163 nömrəli çalışma «sürücü» peşəsi barədə
məlumat işi aparmaq imkanı verir:
«Sürücülük» peşəsi çətin və mürəkkəb
mexanizmin idarəetmə prosesi ilə bağlı olaraq,
ayıqlıq, sayıqlıq, diqqət və texnikaya qayğıkeş
münasibət tələb edir. Sürücü avtomobili idarə
etməyi,
avtomobilin
texniki
vəziyyətini
qiymətləndirməyi, yük, yaxud sərnişin daşınması
ilə əlaqədar tapşırıqların yerinə yetirilməsi üçün
düzgün qərar qəbul etməyi bacarmalıdır.
Avtomobili idarə edən sürücünün vəzifəsi
nəqliyyat
işinin
idarə
edilməsi,
hərəkətin
təhlükəsizliyinin təmin olunması ilə əlaqədar bir
sıra tədbirləri ardıcıl yerinə yetirməkdən ibarətdir.
Sürücü diqqətli olmalı, yaxşı görməli və
eşitməli, rəngləri aydın seçməli, məsafəni və sürəti
|