Фирузя Мяммядли
«Maşinist» peşəsi məsuliyyətli olduğu qədər
də şərəfli bir işdir. Bu iş öz sahibindən yüksək
ixtisas,
bacarıq
və
qabiliyyət,
fədakarlıq,
dözümlülük, iradəlilik və təmkinlilik, sürətlə, həm
də səliqə ilə işləməyi bacarmaq kimi keyfiyyətlər
tələb edir. Maşinst peşəsinə Texniki Peşə
Məktəbində yiyələnmək olar.
«Elektrik qaynaqçısı» peşəsi müasir sosial
həyatımızın ən geniş yayılmış peşələrindəndir.
Hazırda inşaatın elə bir sahəsi yoxdur ki, orada iş
armatursuz keçsin. Armatur isə ancaq və ancaq
elektrik qaynaqçısının zəhməti ilə hasilə gəlir.
Lakin bu peşə sahiblərinin işi təkcə armaturla
məhdudlaşmır. İnşaat işinin bütün gedişatı
müddətində kərpicə, sementə, betona, qaldırıcı
krana ehtiyac olduğu kimi, qaynaq işinə də ehtiyac
vardır. Buna görə də inşaat-tikinti peşələri
içərisində qaynaqçının xüsusi rolu vardır. Elektrik
qaynaqçılığı təmir işlərində də, adi məişət
qayğılarımızda da, dəmir-polad şəbəkələrin düzəl-
dilməsi, yolların, parkların, evlərin bəzək-düzək
işində kara gələn peşədir. Elektrik qaynaqçısının
xüsusi geyimi, üzünə tutduğu eynəkli maska ona
əlahiddə əzəmət və görkəm verir. Böyük cəsurluq
tələb edən bu peşə sahibindən gecə də, gündüz də
vaxt itirmədən işləməyi, ömrü-günü ulduzlu göylər
altında qığılcımlar qoynunda keçirməyi tələb edir.
Buna görə də elektrik qaynaqçısının işinə yüngül iş
demək olmaz. Son dərəcə sayıqlıq, diqqət və
505
Сечилмиш ясярляри
lX
cəsarət tələb edən bu peşəyə nail olmaq üçün onun
özünəməxsus cəhətləri və sirləri ilə tanış olmaq
vacibdir. Elektrik qaynaqçısı peşəsinə Texniki Peşə
məktəblərində yiyələnmək olar.
VII sinfin «Azərbaycan dili» dərsliyində
verilən çalışmalarda peşəyönümü işinə imkan verən
nümunələr az olsa da, maraqlı və xüsusi izahat
işinə ehtiyacı olan sözlər də vardır. Qeyd etmək
lazımdır ki, şagirdlərin əməyə müsbət münasibət
istiqamətində
tərbiyələnməsi işi müəlliflərin
diqqətindən yayınmamışdır. Elə buna görədir ki, 74
nömrəli çalışma da məzmunca bütünlüklə tarix
boyu görkəmli şəxsiyyətlərin zəhmət, insan əməyi
barədə dediyi mənalı sözlərə həsr olunmuşdur. Bu
mətnin oxunması və təhlili istər linqvistik və istərsə
də peşəyönümü baxımından son dərəcə zəruridir.
75 nömrəli çalışmada işlənmiş «müəllim»,
«laborant»
sözlərindən
istifadə
edərək,
«müəllimlik»,
«laborantlıq» peşələri barədə
məlumat vermək və bu peşələrin professioqramını
təqdim etmək olar.
Müəllimlik – bəşər tarixi yaranandan bəri
mövcud olan peşələrin ən şərəflisi, ən müqəddəsi,
ən vacib olanıdır. Ailədə ata-ana qayğısı, tərbiyəsi
nə qədər vacibdirsə, cəmiyyətdə müəllim tərbiyəsi,
müəllim nəsihəti bir o qədər zəruridir. Bütün pe-
şələrin, bütün ixtisasların öz istiqamətvericisi, öz
yetişdirəni, öz rəhbəri vardır ki, bu da müəllimdir.
Lap ibtidai icma quruluşunda belə ən ibtidai
|