Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə249/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   245   246   247   248   249   250   251   252   ...   321
Фирузя Мяммядли 
bağlı olan çalışmalarla möhkəmləndirilməsi 
vacibdir. 
«Söz birləşməsi» çox geniş anlayış olub, 
idraki fəaliyyətimizin bütün sahələrini əhatə edir. 
Buna görə də bu mövzunu möhkəmləndirmək 
məqsədi ilə verilən çalışmalar müxtəlif məzmunlu 
ola bilər. Bu mövzunun tədrisi təkcə dərslik çərçi-
vəsində məhdudlaşmayıb, müəllimə sərbəst mətn 
seçmək üçün də geniş imkanlar verir. Burada isə, 
əlbəttə ki, həyatın, bizi əhatə edən mühitin, nəhayət 
məktəbin yerləşdiyi regionun ən müxtəlif cəhətləri 
ilə bağlı, uşaqlara daha yaxın, daha tanış mövzulara 
müraciət etmək faydalı olar. Bununla belə, 
çalışmaq lazımdır ki, dərslikdə verilən çalışmalarda 
peşə məlumatı imkanı verən, yaxud məktəb 
peşəyönümü işinin ümumi istiqamətinə köməkçi 
təsiri ola biləcək bircə söz belə nəzərdən qaçmasın. 
Bu mənada, «Söz birləşmələri» mövzusu üzrə 
verilmiş 67 nömrəli çalışmada «mədən fəhləsi», 
«usta köməkçisi», «yol mühəndisi», «kənd 
müəllimi», 
«maşinist 
köməkçisi», 
«elektrik 
qaynaqçısı», «gəmi kapitanı» kimi birləşmə 
şəklində ifadə olunmuş peşə və ixtisas adlarına rast 
gəlirik. Bu peşələrin hər biri cəmiyyətimiz üçün 
çox zəruri olub, hər biri sahəsində ixtisaslı 
peşəkarlara ehtiyac vardır. Buna görə də peşələrin 
adları sadalanarkən müəllim bunların hər biri 
haqqında məlumat verməyə hazır olmalıdır. 
Mümkündür ki, şagirdlər öz marağına uyğun olaraq 


503 
Сечилмиш ясярляри 
lX 
bunlardan hər hansı biri haqqında danışmağı müəl-
limdən xahiş etsin. 
Bunu nəzərə alaraq, aşağıda həmin peşələrdən 
bir neçəsi barədə məlumat verməyi lazım bildik. 
«Maşinst köməkçisi» əslinə qalsa, peşə 
olmayıb, qatar sürücülüyü vəzifələrindəndir. 
Burada peşə məsuliyyəti və peşə informasiyası 
«maşinst» sözünün üzərinə düşür. «Maşinst» - yəni 
qatar sürücüsü sürücülük peşələrinin ən şərəflisi, 
gəmi sürücülüyünə nisbətən xeyli cavanıdır. Qatar, 
məlum olduğu kimi, keçən yüzilliyin ortalarından 
üzübəri təkmilləşə-təkmilləşə gələn nəqliyyat 
vasitələrindəndir. Qatar sürücülüyü işinin özü də 
qatarın özü kimi samballı, ağır yüklü bir işdir. Ma-
şinistin işi təkcə qatarın qoşa relslər üzrə hərəkəti, 
stansiyalarda, 
yarımstansiyalardakı 
fasiləsi, 
apardığı yükü, yaxud sərnişinləri salamat mənzilə 
çatdırılmasından ibarət deyildir. Maşinist lazım 
gəldikdə qatarın təmiri işi ilə də məşğul olmağı 
bacarmalıdır. Təsadüfi deyil ki, səfərə çıxan 
qatarlar hər dəfə stnasiyalarda dayananda maşinst 
və onun köməkçisi yerə düşüb paravozun 
həndəvərini dolanır, onun təkərlərini, porşen və 
klapanlarını dönə-dönə nəzərdən keçirirlər. Ayrı 
cür ola da bilməz. Çünki səfərə nasaz çıxan qatar 
nəinki təkcə öz yükünə zərər gətirər, həm də ona 
qarşı gələn qatarlarla toqquşub, ağır fəlakətlərə 
səbəb ola bilər. 


504 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   245   246   247   248   249   250   251   252   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin