Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə251/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   247   248   249   250   251   252   253   254   ...   321
Фирузя Мяммядли 
peşələrin nəsildən-nəsilə ötürülməsi müəllim-şagird 
rabitəsi ilə mövcud olmuşdur. Müəllim təkcə peşə, 
sənət, elm yollarının işıqlandırıcısı olmayıb, həm 
də gənclərin, öz tələbə və şagirdlərinin mənəvi 
rəhbəri, mənəvi atasıdır. O, öz şagirdini dünya 
şöhrətli bir şəxsiyyət də edə bilər, küçələrdə 
veyillənən bir səfil də. Buradan belə qənaət hasil 
olur ki, müəllimlik peşəsi öz sahibindən dərin bilik, 
bacarıq, öz iş təcrübəsini artırmaq kimi 
keyfiyyətlərlə bərabər, həm də yüksək mədəniyyət, 
zəngin 
mənəviyyat, 
həssaslıq, 
qayğıkeşlik, 
vicdanlılıq, 
əxlaqi 
təmizlik, 
ideal 
insani 
keyfiyyətlər də tələb edir. Buna görə də 
müəllimliyə nail olmağı asan iş hesab etməklə 
diplom üçün instituta daxil olmaq, onu birtəhər 
başa vurub qondarma «müəllim» olaraq cəmiyyətin 
gələcəyini baltamaqdansa, bu yola çıxmazdan əvvəl 
yaxşı-yaxşı düşünmək lazımdır. Bu müqəddəs yola 
ancaq və ancaq özündə təmiz vicdan, elmlərin əsas-
larına dərin maraq, yetişməkdə olan gəncliyə 
qayğıkeş münasibət tərbiyə edən şəxslər qədəm 
qoymağa haqlıdır. Bir sözlə, xalqın övladlarının 
canını özünə müəllim adı qoyan cürbəcür 
xuliqanlardan 
qurtarmayınca 
cəmiyyətin 
gələcəyindən 
saflıq, 
səbatlılıq, 
özümlülük 
gözləmək faydasızdır. Bisavad həkim-müəllim 
həkim yox, gələcəyin canisini, vicdansız institut 
müəllimi müəllim yox, gələcəyin rüşvətxorunu, 
mənəvi səfilini yetişdirəcək. Bu zəncirvari 


507 
Сечилмиш ясярляри 
lX 
reaksiyanın törəmələri isə ancaq fəlakət vəd edə 
bilər. 
«Müəllimlik» peşəsi barədə söhbətin bu 
istiqamətdə davamından qorxub-çəkinmək lazım 
deyildir. Nəzərə almaq lazımdır ki, yetişməkdə olan 
gənclik bu günün hər ixtisasından olan ziyalıları və 
peşə sahiblərinin ailəsindən çıxır. Bu ailələrdə daxil 
olan çox müxtəlif ruhlu informasiyalarla müəllimin 
dediyi qanadlı sözlər arasındakı ziddiyyət həyatı 
yenicə öyrənməyə başlayan bu gənclərin çaş-baş 
qalmasına səbəb ola bilər. Ona görə də onlara 
həqiqəti, ancaq həqiqəti demək lazımdır. 
Cümlə – sözlərin məna və qrammatik 
cəhətdən məqsədli əlaqələnməsi olub, nisbi olaraq 
bitmiş fikir ifadə edən söz birləşmələridir. Söz 
birləşmələri cümlə daxilində ən müxtəlif şəkildə 
təzahür etdiyi kimi, cümlənin özünün də məqsədə, 
intonasiya və quruluşa görə müxtəlif növləri vardır. 
Fikir bitkinliyi bir cümlə ilə ifadə olunduğu 
kimi, bir neçə ilə də ifadə olunur. Bu isə mətn 
yaradır. Bu mənada şagirdlərin peşə məlumatını 
zənginləşdirmək məqsədi ilə cümlə konstruksi-
yalarından istifadə zəruridir. Xüsusən, peşəyönümü 
istiqamətində aparılası müsahibə və söhbətlərdə 
cümlələr çoxluğu bütöv mətnlər əmələ gətirir. Belə 
söhbətlərin keçirilməsi üçün sual və nəqli cümlələr 
fikir ifadəsində ən əlverişli sintaktik kons-
truksiyalardır. 


508 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin