Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə259/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   255   256   257   258   259   260   261   262   ...   321
 
 
 
 
 


522 
Фирузя Мяммядли 
 
 
 
2013-2015 


523 
Сечилмиш ясярляри 
lX 
 
SÖZ YARADICILIĞI LÜĞƏT TƏRKĠBĠNĠN 
ZƏNGĠNLƏġMƏSĠ YOLLARINDAN BĠRĠ 
KĠMĠ 
Dil xalqın maddi və mənəvi mədəniyyətinin 
göstəricisi olmaqla insanların əmək fəaliyyəti və 
cəmiyyətin siyasi-ictimai durumu ilə, həmçinin, 
dünyada baş verən qlobal proseslərlə sıx bağlıdır. 
Bir sözlə, dəyişən, yaranan nə varsa, dildə öz 
əksini tapır. Cəmiyyət həyatında gedən bu 
proseslər dilin lüğət tərkibinin daimi dinamikasını 
tənzimləyir; köhnə söz və ifadələr dilin passiv 
fonduna keçir, yaranan yeni məfhumlar yeni adlar, 
yeni sözlər tələb edir. 
Azərbaycan dilinin lüğət tərkibinin inkişafı 
prosesi onun özəl qayda-qanunlarına uyğun bir 
şəkildə davam etmiş və davam etməkdədir. 
Dilin lüğət tərkibinin zənginləşməsi dildaxili 
və dilxarici amillərlə tənzimlənir. Bu mənada, yeni 
yaranan anlayışları və ya cəmiyyətin sosial-iqtisadi 
həyatına 
daxil 
olan 
texnoloji 
yenilikləri 
adlandırmaq ilk növbədə doğma dilin daxili imkan-
larına əsaslanır. Əgər bu imkan məhduddursa, 
yalnız onda xarici mənbələrdən söz götürmək 
vacib hesab edilir. Qəbul olunmuş ümumi rəylərə 
əsasən, hər bir dilin lüğət tərkibinin zənginləşməsi 
iki mənbədən qidalanır. 
a) Daxili mənbələr. b) Xarici mənbələr. 


524 
Фирузя Мяммядли 
 
a). Daxili mənbələr əsasında lüğət tərkibinin 
zənginləşməsi. 
Azərbaycan 
dilinin 
lüğət 
tərkibinin 
zənginləşməsində daxili mənbələr mühüm rola 
malikdir. Dilimizin lüğət tərkibini zənginləşdirən 
daxili mənbələr görkəmli dilçi alimlərimiz tərəfin-
dən 
birmənalı 
olaraq 
aşağıdakı 
kimi 
müəyyənləşdirilmişdir: 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   255   256   257   258   259   260   261   262   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin